ƏLAVƏ
1. sif. Əsas şeyin üstünə artırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu gün iki əlavə dərs oxuduq. Əlavə vaxt vermək lazımdır.
□ Əlavə etmək – üstünə artırmaq, qoymaq. Məbləğin üstünə iki manat əlavə etmək. Çaya qənd əlavə etmək;
// üstəlik olaraq demək və ya yazmaq. Məktuba bir neçə söz əlavə etdi.
Mən bu gündən işə başlayacağam, – deyə əlavə etdi.
Əlavə olaraq – üstəlik olaraq, əlavə kimi, əlavə şəklində.
Əlavə olunmaq – üstəlik artmaq. [Onu] əridən araqla papiros idi.
2. is. Kitaba, ayrı-ayrı fəsillərə, yazıya və s.-yə artırılan hissə, bəhs və s. Kitabın axırında əlavəsi var. Dissertasiyanın hər fəslinə əlavə verilmişdir. – Xoşqədəm çay süzürdü.
3. is. Məcmuə və ya qəzet abunəçilərinə artıq, üstəlik olaraq göndərilən kitabça və s.
4. Qoş. mənasında: …başqa.
□ Bundan əlavə – bundan başqa, üstəlik olaraq.
5. Xüsusi terminologiyada: artım, törəmə, bir maddənin, məhlulun və s.-nin tərkibinə, üstünə əlavə edilən maddə və s. Dizel yanacaqlarına başqa əlavələr qatılır.
ƏLAVƏ nədir? – ƏLAVƏ nedir? – ƏLAVƏ sözünün mənası – ƏLAVƏ sozunun menasi – ƏLAVƏ nə deməkdir? – ƏLAVƏ ne demekdir? – ƏLAVƏ sözünün izahı – ƏLAVƏ sozunun izahi – ƏLAVƏ sözünün istifadəsi – ƏLAVƏ sozunun istifadesi