ƏL
1. Qolun biləkdən dırnaqlara qədər olan hissəsi. Əli ilə tutmaq. Sağ əl. Əllərini yumaq. Əlini çiyninə qoymaq. Əli ilə sığallamaq. Əli ilə götürmək. İnsan işlərinin çoxunu əlləri ilə görür. – Tək əldən səs çıxmaz. ( Ata. sözü ).
2. Bəzi heyvanların qabaq ayaqlarının hər biri. Meymunun əlləri adam əlinə oxşayır. Pişik əlləri ilə üzünü yuyur.
3. Dəfə, kərə, yol (adətən saylarla). Bircə əl oynayaq.
4. İştirak, əlaqə.
□ Əli ilə – vasitəsilə, köməyi ilə. Başqasının əli ilə iş görmək. – Əli olmaq – iştirakı, müdaxiləsi, əlaqəsi olmaq. Bu işdə onun da əli var.
5. Əlində, əlimdə və s. – malikiyyət, ixtiyar, iqtidar, idarə, sərəncam, asılılıq mənasında. Bu iş mənim əlimdədir.
□ Əlində olmaq – 1) imkanı, ixtiyarı, bacarığı, iqtidarı dairəsində olmaq. Gəncləşmək [Muradın] əlində deyildi.
2) ixtiyarında, hakimiyyətində, sərəncamında, asılılığında, idarəsində olmaq.
6. Əllə görülən işdə məharət, bacarıq mənasında. Cərrahın əli ağırdır. Rəssamın gözəl əli var.
7. Növbət, sıra. Əl kimdə isə oynasın. İndi mənim əlimdir.
8. Tərəf, yan. Sağ əldə oturmaq. Sol əldəki mağazaya getdim.
9.
…əlindən şəklində işlənərək səbəb bildirir. İş əlindən macal tapmır. Adam əlindən gəzməyə yer yoxdur.
10. Çıx.
halında: əldən zərf – 1) tez, cəld, gözləmədən, qaçaraq, əlbəəl. Əldən bir papiros al! Əldən beş manat verdi;
2) mağazadan yox, əldə satandan. O, əldən bir samovar aldı.
11. Yerl.
halında: əldə – 1) mövcud, faktik. Əldə olan məlumata görə.
2) riyaz. Yadda, fikirdə, nəzərdə, xatirdə. İki yazırıq, bir əldə.
12. Bir çox mürəkkəb alət və s. adlarının birinci tərkib hissəsi olub, onların kiçik, əllə, ya əldə işləndiyini göstərir; məs.: əl arabası, əl mişarı, əl fənəri, əl tərəzisi, əl pulemyotu.
13. Əldə böyüdülmüş, ələ öyrədilmiş, əhliləşdirilmiş mənasında heyvan, quş adlarının əvvəlinə gətirilir; məs.: əl toğlusu, əl tulası, əl göyərçini.
◊ Əl açmaq – 1) əl qaldırmaq, əllərini işə salmaq, zor işlətmək.
2) müraciət etmək, istəmək.
// Yalvarıb xahiş etmək, dilənmək.
Əl ağacı – yeriyərkən söykənmək üçün əldə tutulan nazik ağac. Əl ağacı adama əyri görünər. ( Ata. sözü ).
Əl altında – 1) hazır, amadə. Əl altında saxlamaq;
2) yanında, rəhbərliyi altında.
Əl altından çıxmaq – ustanın əli altında öyrənərək təcrübə hasil etmək.
Əl aparmaq – əl uzatmaq, əl atmaq.
Əl atmaq – 1) girişmək, təşəbbüs etmək. O, hər işə əl atır. – Düz deyirsən, əmi, bu peşəyə təzə əl atmışam, … özüm aqronomam. “Kirpi”;
2) istifadə etmək, tətbiq etmək, müraciət etmək. Ciddi tədbirlərə əl atmaq.
3) əlini uzatmaq. Əl atıb götürdü. Əl atıb cibindən papiros çıxartdı.
// Əlini uzadıb götürmək.
4) sataşmaq, təcavüz etmək istəmək.
5) birini buraxıb o birisindən yapışmaq, başlamaq.
Əl ayası – ovucun içindəki düz yer.
Əl bağlamaq – hazır durmaq.
Əl basmaq – and içmək. O, ürəyinə əl basıb söz verdi.
Əl boyda – çox kiçik, lap balaca, bir qırıq. Əl boyda kağız.
Əl bulamağına dəyməz – dəyərsiz, lüzumsuz, faydasız, heç bir xeyir gözlənilməyən şey haqqında.
Əl cəldliyi – cəldlik, əldən itilik, əl itiliyi. Əl cəldliyi cərrah üçün vacib şərtdir.
Əl çalmaq – 1) alqış əlaməti olaraq əllərini biri-birinə çırpmaq, alqışlamaq. Artistə hamı əl çaldı. Oynayanlara əl çalmaq. – Həyətdə palaz döşənib samovar qoyulmuşdu.
2) sevinmək.
Əl çatmaq – əldə edilməsi mümkün olmaq, ələ gəlmək.
Əl çəkmək – 1) buraxmaq, boşlamaq, əlaqəni kəsmək.
2) vərdiş etdiyi bir şeydən imtina etmək, daha etməmək, buraxmaq, tərk etmək. Papirosdan əl çəkmək. Pis adətlərdən əl çəkmək.
3) vaz keçmək, imtina etmək. Öz məqsədindən (fikrindən) əl çəkmək;
4) keçmək.
5) üz döndərmək, daha özününkü hesab etməmək, dönmək, əlaqəsini kəsmək. Öz ata-anasından əl çəkmək. Öz övladından əl çəkmək;
6) rahat buraxmaq, əl götürmək, yaxasını buraxmaq. Axır ki, hərif bizdən əl çəkdi.
7) bax əl qoymaq 2-ci mənada. Qoca qarı uşağın başına əl çəkdi.
Əl çirki – pula ikrah və etinasızlıqla verilən ad.
Əl çırpmaq – bax əl çalmaq.
Əl dəymək – əl vurmaq, toxunmaq.
Əl eləmək (etmək) – 1) çağırmaq əlaməti olaraq əlini yelləmək, əli ilə işarə edib çağırmaq. O, əl elədi, mən yanaşdım.
2) xudahafizləşmə əlaməti olaraq əlini yelləmək.
Əl əməyi (zəhməti) – əllə görülən iş. Əl əməyini yüngülləşdirmək.
Əl əsası məc. – dayaq, söykənəcək.
Əl əti məh. – evdə kəsilən heyvanın əti.
Əl gəzdirmək – 1) əllə bir şeyi nizama, səliqəyə salmaq, yaxud pozmaq, qarışdırmaq. Bu kitablara yenə kim əl gəzdirib, heç biri öz yerində deyil. – Xankişi stullara əl gəzdirməyə başladı.
// Araşdırmaq, əlləşdirmək;
2) üzərində bir qədər işləmək, düzəltmək. Əlyazmasına bir əl gəzdirmək lazımdır;
3) oğurlamaq, soyub aparmaq. Evinə yaxşıca əl gəzdirdilər.
Əl gəzmək – əl toxunmaq, əl dəymək. Aşıq Ələsgər məsti aldı.
Əl götürmək – bax əl çəkmək.
Əl ilişdirmək – bir işlə məşğul olmağa başlamaq.
Əl işi – maşın vasitəsilə deyil, əllə görülən iş, əl vasitəsilə hazırlanan şey.
Əl kiri – bax əl çirki.
Əl kölgəliyi – vaxt, imkan.
Əl qaldırmaq (qalxızmaq) – 1) kimisə vurmağa təşəbbüs etmək. Heç kəs sənə əl qaldıra bilməz.
2) səsvermə zamanı əlini qaldırmaqla lehinə səs vermək. O, yerli komitəyə seçiləndə mən ona əl qaldırmışam;
// əlini qaldırmaqla lehinə, ya əleyhinə səs vermək.
3) təslim, tabe əlaməti olaraq əlini və ya əllərini yuxarı qaldırmaq;
4) dua etmək;
5) əlini qaldırmaqla söz istəmək.
Əl qatmaq – 1) qarışmaq, məşğul olmaq, işə qarışmaq.
2) yapışmaq.
Əl qoymaq – 1) razı olmaq, razılığını bildirmək.
2) mövhumata inanan şəxslərin duazikr etməklə adamın (xüsusilə bərk qorxmuş adamın) başına əl çəkmək şəklində icra etdikləri dini ayin.
Əl mənim, ətək sənin – yalvarış ifadəsi.
Əl ovuşdurmaq – peşman olmaq, məyus olmaq, çaşmaq. Əl ovuşdurmaqdan nə çıxar, indi çalış, bundan sonrasını düşün.
Əl oyunu – idmanın tennis, voleybol, basketbol və s. kimi əllə oynanılan növlərindən hər biri.
Əl saxlamaq – toxtamaq, dayanmaq, icra etmək istədiyi işi, hərəkəti dayandırmaq.
Əl satışı xüs. – əldən satış, malı əldən satma; apteklərdə reseptsiz satış.
Əl sıxmaq – əl verərək görüşmək, salamlaşmaq.
Əl suyu – Şərq adətincə yeməkdən qabaq əlləri yumaq üçün qonağa təklif edilən su.
Əl tapmaq – üstün olmaq, qalib gəlmək.
Əl tərpətmək – 1) işi yubandırmamaq üçün tələsmək, cidd-cəhd göstərmək, daha cəld işləməyə başlamaq. Bircə əl tərpət, bu işlərə bir əncam ver. – Ancaq biz bu məsələ ilə əlaqədar olan yoldaşları inandırırıq ki, bir az əl tərpətsələr, bu iş nəinki əlli il, heç əlli saat da qalmaz. “Kirpi”;
2) vurmağa hazırlaşmaq, vurmaq istəmək, əl qaldırmaq.
Əl toxundurmaq – qarışmaq, müdaxilə etmək. Əl toxundurmağa dəyməz.
Əl tutmaq – 1) əllərini birbirinə verməklə görüşmək.
2) razılığa gəlmək, razılaşmaq əlaməti olaraq bir-birinə əl vermək;
3) yardım etmək, maddi kömək etmək, borc vermək. Əl tutanın əlindən tutarlar. ( Ata. sözü ).
Əl tutuşmaq – bax əl tutmaq 1-ci mənada.
Əl uzatmaq – 1) almağa, ələ keçirməyə, əldə etməyə təşəbbüs etmək. Başqasının şeyinə əl uzatmaq;
// götürmək üçün əlini uzatmaq;
// şüru etmək, başlamaq.
Uşaq xörəyə də əl uzatmadı. Mir Cəlal;
2) sataşmaq, namusuna toxunmaq istəmək, əl atmaq.
3) kömək istəmək, kömək diləmək, kömək üçün birisinə müraciət etmək. Başqasına kömək üçün əl uzatmaq;
4) kömək etmək, yardım etmək, kömək əli uzatmaq. Əlacın olanda el üçün ağla; Yoxsula əl uzat, nəzarət eylə! Aşıq Şəmşir;
5) girişmək, başlamaq.
Əl üstündə əl var – hər adamdan daha güclü adam var.
Əl üstündə kimin əli – Azərbaycan xalq oyunlarından birinin adı.
Əl üzmək – ümidini kəsmək, daha gözləməmək.
Əl verir – bəsdir, yetər, kifayətdir. Əl verir, başqa söz danış.
Əl vermək – 1) əl-ələ tutmaqla görüşmək. Onlar birbirlərinə əl verdilər.
2) işə yaramaq, xeyirli olmaq, əlverişli olmaq. Bu iş ona əl vermir. – Bahəm söhbət edə-edə gedərik.
3) üz vermək, baş vermək, olmaq. Peşmançılıq əl verdi. Yorğunluq əl verdi.
Əl vurmaq – 1) toxunmaq, dəymək. Hər şeyə əl vurur. Kitablara heç əl vurmamışam. – Bağında bax narınca; Əl vurma saralınca. (Bayatı);
2) qarışmaq, girişmək, toxunmaq, müdaxilə etmək. Sən bu işə əl vursan, mən qarışmayacağam;
3) əl çalmaq.
4) bax əl basmaq.
Əl yaylığı – əl, burun silmək üçün cibdə gəzdirilən kiçik yaylıq. Cibindən əl yaylığını çıxarıb tərini sildi.
Əl yeri – müraciət etmək, sonradan məsələyə qayıtmaq, yenidən danışıq aparmaq üçün vasitə, bəhanə. O, təklifi rədd üçün yenə bir əl yeri saxladı.
Əl yetirmək – kömək etmək.
Əl yetmək – bax əl çatmaq.
Əl(lər)i duada din. – dua oxumaq məqsədi ilə əllərini qaldırmış halda.
Əl(lər)ini döşünə qoymaq – ehtiram, yaxud razılıq əlaməti olaraq əllərini döşünə qoyub təzim etmək.
Əl(lər)ini qaldır! – “tabe ol! təslim ol!” mənasında düşmənə əmr.
Əldə bəhanə etmək – əsaslanmaq, bəhanə etmək.
Əldə bəsləmək – ev şəraitində, əldə saxlamaq, ələ öyrətmək, əhliləşdirmək.
Əldə böyümək – ev şəraitində, ailədə tərbiyə almaq, böyümək.
Əldə etmək – bir şeyə nail olmaq, ələ keçirmək, tapmaq, qazanmaq. İmkan əldə etmək.
Əldə gəzdirmək – həddindən artıq əzizləmək.
Əldə qoymaq – üzdə, əl çatan yerdə qoymaq, əl altında, hazır vəziyyətdə saxlamaq. Gedəndə açarı əldə qoy.
Əldə ölmək – 1) öldürülmək.
2) başqalarının əhatəsində ölmək.
Əldə saxlamaq – 1) bax əldə bəsləmək;
2) əldən verməmək, özü üçün saxlamaq. [Tın-tın Musanın oğlu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq. Kim kimədir? Qantəmir;
3) gələcəkdə lazım ola biləcək bir şəxsi hörmətlə, yaxud naz və arzusu yerinə yetirilməklə öz tərəfinə çəkmək.
Əldən almaq – 1) ələ keçirmək, sahib olmaq, yiyələnmək, ixtiyarına almaq. Bütün hakimiyyəti ələ almaq;
2) öz iradəsinə tabe etmək, öz tərəfinə çəkmək.
Əldən buraxmaq – 1) fürsəti qaçırmaq, ötürmək;
2) əl çəkmək, boşlamaq;
3) qaçırmaq, qaçmağına imkan vermək.
Əldən çıxarmaq – 1) bax əldən qaçırmaq;
2) köhnəltmək, üzmək, dağıtmaq. Kostyumlarını geyib əldən çıxarmaq;
3) bir işi görüb qurtarmaq, tamamlamaq.
Əldən çıxmaq – 1) qeyb edilmək, itirilmək, yox olmaq. Var-dövlət əldən çıxdı.
2) köhnəlmək, yıpranmaq, əldən düşmək. Paltarı lap əldən çıxıb;
3) aradan çıxmaq, qaçmaq, əkilmək, ortadan yox olmaq.
4) qayrılmaq, hazırlanmaq, istehsal edilmək. Əldən çıxmış məhsul. Bu qab yaxşı əldən çıxıb.
Əldən düşmək – 1) zəifləmək, haldan düşmək, üzülmək, halsızlaşmaq. O qocalıb lap əldən düşübdür. Uşaq qaçmaqdan əldən düşdü.
2) yoxsullaşmaq. Var-yoxu gedib, əldən düşüb;
3) dağılmaq, köhnəlmək, yıpranmaq. Evin balkonu əldən düşüb. Ayaqqabılarım lap əldən düşüb.
Əldən getmək – 1) son dərəcə istəmək, sevmək, arzulamaq. Onda nə görmüsən ki, əldən gedirsən;
// nazını çəkmək, son dərəcə əzizləmək. Ana uşağı üçün əldən gedir;
2) məhv olmaq, puça çıxmaq, heç olmaq, xarab olmaq, əldən çıxmaq. Taxıl əldən gedir, tez sulamaq lazımdır.
Əldən qaçırmaq – bax əldən buraxmaq.
Əldən qoymaq – əldən buraxmaq, əldən qaçırmaq.
Əldən qoymamaq – 1) buraxmamaq, tərgitməmək, daha yada salmamaq. Zarafatı əldən qoymur.
2) əl çəkmək, narahat etmək.
Əldən qurtarmaq – xilas olmaq, canını qurtarmaq.
Əldən nə gələr – nə etmək olar, çarə yoxdur.
Əldən salmaq – çox yormaq, əziyyət vermək, üzmək. Qova-qova toyuğu əldən salıb tutdu. Heyvanı döyə-döyə əldən saldı. Səsküy bizi əldən saldı.
Əldən tutmaq – kömək, yardım etmək.
Əldən vermək – davam etdirə bilməmək, saxlaya bilməmək. Təşəbbüsü əldən vermək. Bayrağı əldən vermək.
Əldən yapışmaq – bax əldən tutmaq.
Əldən-dildən düşmək – bax əldən düşmək.
Əldən-dildən salmaq – bax əldən salmaq.
Əldən-ələ düşmək (keçmək) – 1) qapıbaqapı düşmək, müəyyən bir yeri, məskəni olmamaq. Göyərçinəm, uçdum, gəl; Əldən-ələ düşdüm, gəl. (Bayatı);
2) birisindən başqasına keçmək, bir-birinə ötürülmək.
Əldən-ələ gəzmək – 1) çox əziz olmaq, hamının istəklisi olmaq, çox qiymətli, dəyərli olmaq. Uşaq əldənələ gəzir;
2) çox rəvac olmaq.
[Qurbani:] Xasiyyətdi, əldən-ələ gəzirsən; Yoxdu sana qorxu-qadağa, alma! “Qurbani”;
// çox oxunmaq, hamı tərəfindən sevilib oxunmaq. [Nurcabbar Bağıra:] Bax, sənin xoşuna gəlib.
Ələ baxmaq – möhtac olmaq, maddi cəhətdən başqasından asılı olmaq, ondan yardım gözləmək. İndi qocalmışdır, işləyə bilmir, ələ baxır.
// Başqasının öhdəsində olmaq. Cavankən tənbəllikdən ələ baxır.
Ələ dolamaq – aldatmaq, oynatmaq.
Ələ düşmək – 1) tapılmaq, ələ keçmək, hasil olmaq. At ələ düşər, ot ələ düşməz. ( Ata. sözü ).
2) tutulmaq, yaxalanmaq, ələ keçmək, girə keçmək. Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən.
Allah eləməsin, əllərinə düşəsən.
Ələ gələn – hasil, hasil olan, əldə edilən.
Ələ gəlmək – əldə edilmək, hasil olmaq.
Ələ gətirmək – əldə etmək, ələ keçirmək, nail olmaq.
Ələ girmək – bax ələ düşmək.
Ələ xına qoymaq – 1) əllərini xına ilə boyamaq.
2) məc. şərikli işdəki xeyirdən yoldaşın əlini çıxarmaq.
Ələ keçirmək – 1) tapmaq, əldə etmək.
2) tutmaq;
3) ixtiyarına keçirmək, sahib olmaq, mənimsəmək.
Ələ keçmək – bax ələ düşmək.
Ələ öyrənmək – əhliləşmək.
Ələ öyrətmək – əhliləşdirmək. Tülkü balasını ələ öyrətmək.
Ələ salmaq – 1) ələ keçirmək, əldə etmək, tapmaq. Gəlmişdim bu Dərbənddə qalmağa; Bir tülək tərlanı ələ salmağa. Aşıq Abbas;
2) məc. dolamaq, oynatmaq, masqara etmək, araya qoymaq.
Əla salma daha bir bunca əvamı, mən ölüm; Nəql edib Rüstəmü Keykavusü Sami.
Ələ tapşırmaq – əmanət vermək, saxlamaq üçün vermək, təslim etmək.
Ələ vermək – təslim etmək, xəbər vermək, satmaq. Yoldaşı ələ vermək.
Əl-əl gəzmək – baxmaq, ya oxumaq üçün bir-birinə verilmək (çox bəyənilən şey haqqında). Çəkdiyi rəsmlər əl-ələ gəzirdi.
Əl-əl üstə dayanmaq – hazır, amadə vəziyyətdə olmaq, hazır dayanmaq.
Əl-ələ vermək – 1) bir-birinin əlini tutmaq.
2) birgə, bir yerdə çalışmaq, bir iş görmək.
Əl-ətək eləmək köhn. – yalvarmaq, iltimas etmək.
Əli (əlləri) sustalmaq – həvəsdən düşmək, ümidsizliyə qapılmaq, ruhdan düşmək.
Əli altında olmaq – yaxında hazır halda olmaq. Kitablar hamısı əlimin altındadır.
Əli aşağı düşmək – yoxsullaşmaq, kasıblaşmaq.
Əli aşağı olmaq – yoxsul, kasıb olmaq; maddi ehtiyac çəkmək.
[Məşədi Məmməd:] …Ay Səməd dayı, burada mən də bir işə girərdim.
Əli beldə – lovğalovğa, əkə-əkə.
Əli bir yerə (işə) yetişmək – müəyyən bir peşə, sənət, ixtisas sahibi olmaq, bir işdə işləmək.
Əli boşa çıxmaq – istədiyinə nail olmamaq, təşəbbüsü boşa çıxmaq, nəticəsiz qalmaq, heç bir şey əldə edə bilməmək.
Əli çatmamaq – vaxtı, macalı olmamaq, vaxt tapmamaq. Əlim çatmır ki, bir sizə gəlim;
// görməmək, görüşə bilməmək, görməyə, görüşməyə vaxtı olmamaq.
Əli çıxmaq – məhrum olmaq, əlində saxlaya bilməmək.
Əli dinc oturmamaq – 1) daim bir şeylə məşğul olmaq;
2) heç bir ehtiyac olmadan toxunmaq, əl vurmaq, toxunaraq, qurdalayaraq xarab etmək.
Əli əlinə dəymək – əl verib görüşmək.
Əli əsmək (bir şeyin üstündə) məc. – xəsislik etmək.
Əli gəlmək – qıymaq, rəva görmək.
Əli gəlməmək – qıymamaq, rəva görməmək.
Əli gətirmək – çox qazanmaq;
// oyunda bəxti gətirmək, dalbadal çoxlu udmaq. Əli gətirmir ki, gətirmir.
Əli gicişmək – 1) kimisə vurmaq istəmək, vurmağa bəhanə axtarmaq. Əlim gicişir, durub döyəcəyəm ha!
2) zar. əlinə pul gəlmək ehtimalı olmaq.
Əli iş tutan – işləyən, işləyə bilən. Əli iş tutanın hamısı buraya toplaşmışdı.
Əli işdə olmaq – işləmək, bir işlə məşğul olmaq.
Əli iti – əldən çox cəld.
Əli kəsilmək – məhrum olmaq.
Əli qalxmaq (adətən inkar formasında işlənir) – bax əli gəlmək.
Əli qələm tutan – savadlı, yaza bilən.
Əli qələm tutmaq – yazmağı bacarmaq, savadlı olmaq.
Əli qıymaq – əli getmək, rəva görmək, əsirgəmək, qıymaq. Əlim qıymır ki, bu ağacları kəsim.
Əli qoynunda – məyus, məəttəl, çarəsiz, naçar bir halda. Əli qoynunda durub baxır.
Əli silah tutan – silah götürə bilən, silahdan istifadə edə bilən, vuruşa bilən.
Əli soyumaq – işdən soyumaq, həvəsdən düşmək, ruhdan düşmək.
Əli təmiz olmaq – işində düz olmaq, tapşırılan şeyə xəyanət etməmək.
Əli təmiz olmamaq – arabir kiçik oğurluğa meyil etmək.
Əli titrəmək – bax əli əsmək.
Əli tutmaq – bax əli gətirmək.
Əli üzülmək – ümidi kəsilmək, çarəsiz qalmaq, əli çıxmaq, məhrum olmaq.
Əli varmaq – bax əli gəlmək. Əlin necə vardı ki, bu işi sən gördün?
Əli yetişmək (yetmək) – çatmaq, nail olmaq. Onu görmək istəyirəm, əlim yetişmir.
Əli yüngül – bax əliyüngül.
Əlim yaxanda olsun – o dünyada mənə cavab verəsən (dini təbir).
Əlimin içindən (ortasından) gəlmək – yaxşı eləmək, əcəb etmək (bir hərəkətə qarşı edilən etiraza qabacasına cavab).
Əlində ölmək – bilavasitə özünə baxan, xidmət edən adamın lap yanında, qabağında ölmək.
Əlində saxlamaq – başqasına verməmək, əlindən verməmək, öz ixtiyarında saxlamaq, sahib olmaq.
// Özünə tabe vəziyyətdə saxlamaq, əldə saxlamaq.
Əlindən (əlinizdən) gələni beş qaba çək (çəkin) – hər nə bacarırsan (bacarırsınız) elə(yin), heç şeydən qorxmuram.
Əlindən almaq – 1) birini bir şeydən məhrum etmək. Hakimiyyəti burjuaziyanın əlindən almaq. İxtiyarı əlindən almaq.
2) zəbt etmək, zorla almaq. Var-yoxunu əlindən almaq;
3) başqasının şeyinə, malına və s.-yə zorla və ya başqa yolla sahib olmaq, mənimsəmək.
4) məhrum etmək.
Əlindən çıxmaq – 1) hazırlamaq, qayırmaq, hasil etmək. Bu iş kimin əlindən çıxıb?
// Birinin rəhbərliyi altında hazırlanmaq, yetişmək, öyrənmək. Usta əlindən çıxıb;
2) itirmək, qeyb etmək, məhrum olmaq.
Əlindən dad çəkmək – həddindən artıq narazılıq, şikayət bildirir.
Əlindən düşməmək – həmişə əlində olmaq, yerə qoymamaq, heç vaxt ayrılmamaq (bir şeydən).
…əlindən düşsün! – qarğış ifadəsi kimi işlənir.
Əlindən getmək – 1) əlindən çıxmaq, əldə saxlaya bilməmək. Kamandan ox tükəndi; Əlimdən yay da getdi. (Bayatı);
2) itirmək, qeyb etmək, yox olmaq, ölmək.
Əlindən gələni etmək (eləmək) – 1) mümkün olan hər bir şeyi etmək, özündən asılı olan hər tədbiri görmək. …İşin mənafeyinə xidmət etmək üçün əlimizdən gələni edəcəyik;
2) nə bacarırsa, hər nə pislik varsa etmək.
…əlindən gələr –
…gözləmək olar (mənfi şəkildə).
Əlindən gəlmək – bacarmaq, imkanı, iqtidarı olmaq. Əlimdən gəlsəydi, edərdim.
Əlindən iş gələn – bacarıqlı, işbilən, işbacaran, zirək.
Əlindən iş gəlməmək – bacarmamaq, heç bir şey edə bilməmək, gücü çatmamaq, aciz olmaq.
Əlindən iş gəlməyən – bacarıqsız, aciz, iş bacarmayan adam. Əlindən iş gəlməyən çox danışan olar. ( Ata. sözü ).
Əlindən qaçmaq – yaxasını qurtarmaq, canını qurtarmağa çalışmaq.
Əlindən qurtarmaq – 1) fəlakətdən, əziyyətdən, ölümdən qurtarmaq, nicat tapmaq.
2) xilas etmək, azad etmək, qurtarmaq.
Əlindən tutmaq – birinə maddi kömək etmək, yardım əlini uzatmaq. Əl tutanın əlindən tutarlar. ( Ata. sözü ).
Əlindən yapışmaq – bax əlindən tutmaq.
Əlindən zara gəlmək – təngə gəlmək, cana gəlmək.
Əlində-ovcunda qalsın – ölməsin, çox yaşasın.
Əlinə almaq – bax ələ almaq.
Əlinə çöp vermək – aldadıb yola salmaq, başından etmək.
Əlinə düşmək – girinə keçmək.
Əlinə salmaq – əldə etmək, tapmaq, ələ keçirmək, ələ gətirmək.
Əlini (əllərini) ölçmək – əllərini oynada-oynada, həyəcanla danışmaq. Əlini ölçməyinə baxma, iş bacaran deyil.
…əlini öpür məc. – əlindən gəlir. Pis işlər həmişə onun əlini öpür.
Əlini ağdan qaraya vurmamaq – heç bir iş görməmək, bikar durmaq.
Əlini başına çırpmaq (vurmaq) – təəccüblənmək, təəssüflənmək.
Əlini bənd etmək – bir işdən yapışmaq.
Əlini dizinə vurmaq (çırpmaq) – təəccüblənmək, təəssüflənmək. Əlini vurub dizinə, indi gəlib özünə. ( Ata. sözü ).
Əlini əlinə vermək – vüsala çatdırmaq, görüşdürmək, birləşdirmək, qovuşdurmaq.
Əlini əlinin üstünə qoymaq – bikar, işsiz oturmaq, heç bir iş görməmək.
Əlini gözünün üstünə qoymaq – bu hərəkətlə tapşırılan bir işi yerinə yetirəcəyinə söz verdiyini, hazır olduğunu bildirmək.
Əlini kəsmək – ümidini üzmək, əlini çəkmək.
Əlini qulağının dibinə qoymaq – oxumaq (hava ilə).
Əlinin dalını yerə qoymaq – 1) tabe olmaq, təslim olmaq, məğlub olduğunu etiraf etmək;
2) tabe etmək, məğlub etmək.
Əlinin içi gicişmək zar. – bax əli gicişmək 2-ci mənada. Əlimin içi gicişir deyəsən, əlimə pul gələcək.
Əlinin suyu – qüvvəti, gücü, zülmü.
Əlinin suyunu heç kəs görməsin! Əllər yuxarı! – bax əllərini qaldır! Əlləri dalında – əllərini dal tərəfdə bir-birinə çatmış halda. Əlləri dalında gəzinir.
Əlləri qızıldır – mahir usta, sənətkar haqqında.
Əlləri yanına sallanmaq – məyus olmaq, ruhdan düşmək, ümidsiz olmaq.
Əllərini daraqlamaq – əl barmaqlarını bir-birinə keçirmək.
Əllərini düyünləmək – əllərinin barmaqlarını bir-birinə keçirərək düyün halına gətirmək.
Əllərini görmək olmamaq – çox sürətlə işləmək.
Əllərini işə salmaq – 1) əlləri ilə işləməyə, bir iş görməyə başlamaq;
2) əlləri ilə vurmağa, dalaşmağa başlamaq, fiziki qüvvəyə əl atmaq.
Əllərini qaldırmaq – təslim olmaq.
Əllərini ölçmək – danışarkən əl(lər)ini oynatmaq, tərpətmək. Əllərini ölçə-ölçə danışmaq.
Əllərini öpür (adətən cəm şəklində) – hazırdır.
…əlini(zi) çək(in)! – başqasının daxili işinə qarışmamağı, başqasına toxunmamağı tələb edən nida. Əllərini yana salmaq – ayaq üstə sakit, hərəkətsiz durmaq; qımıldanmamaq.
Bir əldə (olmaq) – bir adamın ixtiyarında, bir adamda, bir şəxsdə (olmaq).
Bir əldə iki qarpız tutmaq – eyni vaxtda bir neçə işdən yapışmaq, yaxud bir neçə məqsədi əldə etməyə çalışmaq.
Dörd əl mus. – iki adam tərəfindən piano çalma üsulu.
Dörd əllə – bax dördəlli.
ƏL nədir? – ƏL nedir? – ƏL sözünün mənası – ƏL sozunun menasi – ƏL nə deməkdir? – ƏL ne demekdir? – ƏL sözünün izahı – ƏL sozunun izahi – ƏL sözünün istifadəsi – ƏL sozunun istifadesi