ƏL-QOL
□ Əli-qolu açılmaq – geniş fəaliyyət göstərməyə imkan tapmaq, maneələrdən azad olmaq.
Əli-qolu bağlanmaq – hərəkət azadlığından məhrum olmaq, heç bir şey edə bilməmək.
Əl-qol açmaq – bax əli-qolu açılmaq.
Əl-qol atmaq – 1) çapalamaq;
2) həyəcanla, əsəbi halda danışmaq, əl-qolunu oynatmaq, özündən çıxmaq.
Əl-qol ölçmək – əl-qolunu oynatmaq.
Əl-qolu gəlməmək – həvəsi gəlməmək, istəməmək.
Əl(ini)-qolunu bağlamaq – sərbəst hərəkət imkanından məhrum etmək, fəaliyyət göstərməsinə imkan verməmək.
ƏL-QOL nədir? – ƏL-QOL nedir? – ƏL-QOL sözünün mənası – ƏL-QOL sozunun menasi – ƏL-QOL nə deməkdir? – ƏL-QOL ne demekdir? – ƏL-QOL sözünün izahı – ƏL-QOL sozunun izahi – ƏL-QOL sözünün istifadəsi – ƏL-QOL sozunun istifadesi