ZİNDAN₁

is. [ fars. ]
1. Keçmiş zamanlarda: qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı). Zindana atmaq. Zindana salmaq.

– …Sultanın hökmü ilə zindanlarda çürüyən min-min məşrutəxahların ahü naləsi Kəlküttəyə çata bilməyib, çünki Kəlküttə çox uzaqdır. C.Məmmədquluzadə.
Bu binanın [ədliyyə sarayının] …zirzəmisində məhbuslar üçün zindanlar vardır. M.İbrahimov.
Zindana saldılar Leylanı o gün. B.Vahabzadə.

// Ümumiyyətlə, həbsxana, həbs, dustaqxana.

Qəbir kimi qaranlıqdır zindanım; Qurd-quş, siçan oynağıdır dörd yanım. A.Səhhət.
[Sona:] O vaxt zindan naçalniki dustağı bizə təslim edər. H.Nəzərli.
[Ramazan:] Söylə görüm bu cür yaşamaq ilə zindanda yaşamağın fərqi nədir? B.Talıblı.

// Məc. mənada.

[Zəhra:] Ayrı düşdükcə Şeyx Sənandan; Mana guya cahan olur zindan. H.Cavid.

2. məc. Çox qaranlıq, çox darısqal, cansıxıcı yer haqqında. Bura lap zindandır ki… Zindan kimi bir otaq.
◊ Dünyanı zindana döndərmək – əzab vermək, gününü qara eləmək.

Dünyanı bizdən ötəri; Döndərdi zindana, pişik! Aşıq Ələsgər.

 

 

ZİNDAN₁ nədir? – ZİNDAN₁ nedir? – ZİNDAN₁ sözünün mənası – ZİNDAN₁ sozunun menasi – ZİNDAN₁ nə deməkdir? – ZİNDAN₁ ne demekdir? – ZİNDAN₁ sözünün izahı – ZİNDAN₁ sozunun izahi – ZİNDAN₁ sözünün istifadəsi – ZİNDAN₁ sozunun istifadesi


Mənbə:
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.

Bir cevap yazın