ZƏRBƏ

is. [ ər. ]
1. Qolaylayaraq bir şeylə şiddətlə vurma; vuruş. Yumruq zərbəsi. Balta zərbəsi. Zərbə səsi.
□ Zərbə endirmək (çalmaq, vurmaq)1) bir şeylə bərk vurmaq.

Bizləri osmanlı, alman, rus gətirdi, heyrətə; Zərbə vurdu hər biri mümkün qədər hürriyyətə. Ə.Qəmküsar.
Şaxtaçılar çalarkən zərbəsini dağlara; Radiodan yayıldı bu səda uzaqlara. M.Rahim;

2) zərər vermək.

[2-ci bənna:] Haydı, quzum, kərpic at; Kərpic gətir, az su qat; Gecikmə, gəl, durma, gəl! İşə zərbə vurma, gəl. H.Cavid.

Zərbə yemək – vurulmaq, döyülmək, zərbəyə məruz qalmaq.

Gəldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı. Mir Cəlal.

// Bərk dəymə, şiddətlə çarpma. Top gülləsinin zərbəsi. Dalğanın zərbəsi.
2. Şiddətli həmlə, ansızın və qəti hücum. Cinahdan vurulan zərbə. Gözlənilməz zərbə. Ansızın zərbələr düşməni sarsıtdı.

– Faşistlər zərbəmizə dözməyib geriyə qaçdılar. M.Hüseyn.

// məc. Bir şeyin qabağını almaq, bir şeyi aradan qaldırmaq üçün görülən qəti tədbir, hərəkət. Müharibə qızışdıranlara qəti zərbə vurmaq.
3. məc. Ağır mənəvi və ya cismani sarsıntı. Taleyin zərbələri. Oğlunun ölümü onun üçün ağır zərbə oldu. Xəstəlik onun səhhətinə ağır zərbə vurdu.

– Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi… M.Hüseyn.

◊ Zərbə altına qoymaq – təhlükə qarşısında qoymaq.

 

 

ZƏRBƏ nədir? – ZƏRBƏ nedir? – ZƏRBƏ sözünün mənası – ZƏRBƏ sozunun menasi – ZƏRBƏ nə deməkdir? – ZƏRBƏ ne demekdir? – ZƏRBƏ sözünün izahı – ZƏRBƏ sozunun izahi – ZƏRBƏ sözünün istifadəsi – ZƏRBƏ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.