ZƏHRİMAR

is. [ fars. ] Əsil mənası “ilan zəhəri” olub, aşağıdakı mənalarda işlənir: 1) zəhər, çox acı şey mənasında.

Haq bilir ki, beli şallı hacılar; Zəhrimartək xalqın ağzın acılar. Q.Zakir;

2) çox pis, mənfur, xoşagəlməz şey haqqında deyilir.

Əba-qabını qovza, bax, içində zəhrimarı gör. M.Ə.Sabir;

// söyüş məqamında.

[Vəzir:] Zəhrimar, zəqqum, sən mənə belə xörək yediribsən ki, bir ay da yeməsəm, acmanam. M.F.Axundzadə.
[Telli:] …Zəhrimar, Telli, dərd, Telli. Ü.Hacıbəyov.
[Mirzə Turab:] Zəhrimar, bəli! Neçə dəfədir ki, səni çağırıram, indi gəlib öküz kimi bəyirirsən. B.Talıblı;

// mənfur;
3) adı deyilmək istənilməyən şeyə işarə (acıqla deyilir).

[Mübaşir Məmməd:] …Musa kişi, bizi naümid eləmə, bir-iki şüşə o zəhrimardan tap! M.İbrahimov.

◊ Zəhrimar olmaq, zəhrimara dönmək – bax zəhərə dönmək (“zəhər”də).

Zəhrimara döndü ağzımın dadı; Əlimdə şərbətim ağı kəsildi. Aşıq Ələsgər.
Mənzilə getməyə yox cürətləri; Zəhrimar olubdur kef-ləzzətləri. H.K.Sanılı.

Zəhrimara qalsın, zəhrimara qalmış – söyüş, qarğış ifadəsi.

[Sevil:] Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki biz yeyirik, yazıq Balaş gecə-gündüz ac-susuz işləyir. C.Cabbarlı.
[Usta Zəfər:] Yenə zəhrimara qalmış xəzri yeri-göyü süpürür. M.Süleymanov.

 

 

ZƏHRİMAR nədir? – ZƏHRİMAR nedir? – ZƏHRİMAR sözünün mənası – ZƏHRİMAR sozunun menasi – ZƏHRİMAR nə deməkdir? – ZƏHRİMAR ne demekdir? – ZƏHRİMAR sözünün izahı – ZƏHRİMAR sozunun izahi – ZƏHRİMAR sözünün istifadəsi – ZƏHRİMAR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.