ZƏHMƏT

is. [ ər. ]
1. Əmək. Zəhmətin barı. Öz zəhmətinin bəhəri.

– Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət.
Həmin yükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərlə adamın zəhməti qat-qat yüngülləşərdi. M.Rzaquluzadə.

2. Əziyyət, rahatsızlıq, narahatlıq. Çox zəhmətlə başa gələn iş. Sizə zəhmət oldu.

– Ya dost olma, ya zəhmətdən incimə; Dost yolunda boran, qar olacaqdı. Aşıq Ələsgər.

□ Zəhmət çəkilmək – bir şeyi əldə etmək üçün əmək sərf edilmək. Bu sərgini yaratmaq üçün xeyli zəhmət çəkilmişdir.

– Mən sizi qəsdən bu otağa əvvəlcə gətirdim, siz Bağdadda gördüyünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkildiyini təyin edə biləsiniz. M.S.Ordubadi.

Zəhmət çək(in) – xahişlə birinə müraciət (bəzən kinayə ilə deyilir). Zəhmət çəkin, gəlin.

– Bacıoğlu, sən bir balaca zəhmət çək, burada qoyunun qabağında dayan, mən çobana xəbər verim. Koroğlu”.
[Xasməmməd:] Sən allah Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də qulaq as! C.Cabbarlı.
Qapıçı, qapıçı, bura zəhmət çək; Özünlə bir az da su gətir, içək. S.Vurğun.

Zəhmət çəkmək1) bir şeyi əldə etmək üçün əmək sərf etmək, işləmək, çalışmaq, əlləşmək. Bilik əldə etmək üçün zəhmət çəkmək lazımdır;
2) əziyyətə düşmək, narahat olmaq.

Çareyi-dərdimə zəhmət çəkməyin, ey dustlər; Dərdi-eşqə çarə olmaz, olsa Əflatun təbib. S.Ə.Şirvani.
Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Ə.Haqverdiyev.

Zəhmət çəkmə(yin) – lazım deyil, narahat olmayın (çox vaxt kinayə ilə deyilir). Zəhmət çəkmə, hamısını özümüz görüb qurtararıq.
Zəhmət haqqı – zəhmət (iş) müqabilində verilən haqq, muzd; əmək haqqı, maaş.

Nəbi bir ilin zəhmət haqqı əvəzində bəyin bir quzusunu götürüb evlərinə qayıdır. Qaçaq Nəbi”.
[Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn.
Səlim bəy isə zəhmət haqqını ikinci dəfə azaltmağı qərara aldı. H.Nəzərli.

Zəhmət olmasa (olmazsa) – hörmətlə xahiş, rica bildirir. Zəhmət olmasa, o kitabı mənə verin.

[Böyük oğlu:] Əgər zəhmət olmasa, siz də [vəsiyyəti] latın dilində (latın hürufatı ilə) yazın… Qantəmir.

Zəhmət vermək – narahat etmək, incitmək, əziyyət vermək.

Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə; Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin. Füzuli.
Hər sənəm ki verə yarına zəhmət; Oxunur ölüncə zatına lənət. Q.Zakir.
Çox razıyam, sizə zəhmət vermək istəmirəm. S.S.Axundov.

Zəhmətə düşmək – zəhmət çəkməli olmaq, əziyyət çəkməli olmaq, işləməli olmaq.
Zəhmətə qatlanmaq (qatlaşmaq) – əziyyətə dözmək, çətinliklərə qarşı dözümlü olmaq.

Hiss edirdim ki, Bəyim xala mənim çox işləməyimi, zəhmətə qatlaşmağımı bəyənsə də, yuxusuzluğa dözməyib bir gün yatağa düşəcəyimdən qorxurdu. İ.Hüseynov.

 

 

ZƏHMƏT nədir? – ZƏHMƏT nedir? – ZƏHMƏT sözünün mənası – ZƏHMƏT sozunun menasi – ZƏHMƏT nə deməkdir? – ZƏHMƏT ne demekdir? – ZƏHMƏT sözünün izahı – ZƏHMƏT sozunun izahi – ZƏHMƏT sözünün istifadəsi – ZƏHMƏT sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.