XƏSTƏ
1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. Xəstə uşaq.
// İs. mənasında. Xəstənin yanına getmək. Xəstənin halı yaxşılaşdı.
□ Xəstə düşmək, xəstə yatmaq – xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək.
Xəstə olmaq – xəstə yatmaq, azarlı olmaq, naxoş olmaq.
Xəstə salmaq – xəstələndirmək, azarlatmaq, xəstələnməsinə səbəb olmaq.
2. məc. Şairanə təşbehlərdə dərdli, qayğılı, mənən üzgün mənasında.
3. məc. Sönük, zəif, cılız, ölgün.
4. məc. Bir şeyə həddindən artıq meyil edən, aludə olan; aludə, mübtəla, düşkün. Kino xəstəsi. Futbol xəstəsi. Bilyard xəstəsi.
5. məc. klas. Yazıq, zavallı, aciz, fağır, bimar.
◊ Xəstə baxıcısı – müalicə müəssisələrində ağır xəstələrə və binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi.
XƏSTƏ nədir? – XƏSTƏ nedir? – XƏSTƏ sözünün mənası – XƏSTƏ sozunun menasi – XƏSTƏ nə deməkdir? – XƏSTƏ ne demekdir? – XƏSTƏ sözünün izahı – XƏSTƏ sozunun izahi – XƏSTƏ sözünün istifadəsi – XƏSTƏ sozunun istifadesi