VASİTƏ
1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. İstehsal vasitələri. Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir.
□ Bu vasitə ilə – bu yol ilə, bu üsul ilə, bu qayda ilə. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun.
2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. Sarğı vasitələri. Dezinfeksiya vasitələri.
3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı.
VASİTƏ nədir? – VASİTƏ nedir? – VASİTƏ sözünün mənası – VASİTƏ sozunun menasi – VASİTƏ nə deməkdir? – VASİTƏ ne demekdir? – VASİTƏ sözünün izahı – VASİTƏ sozunun izahi – VASİTƏ sözünün istifadəsi – VASİTƏ sozunun istifadesi