VƏQF

is. [ ər. ] İslamiyyətdə: dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pul və s.

Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu və mollalara vəqfdən verilən məvacib və ianəni kəsdirdi. C.Məmmədquluzadə.
Gələn nəzirlərdən başqa, ocağın öz ixtiyarındakı vəqf yerlərini kəndlilər özləri əkir, becərir və məhsulunu payızda daşıyıb türbənin anbarlarına doldururdular. Şamilov.

□ Vəqf etmək1) bir mal və mülkü dini məqsədlər üçün ayırmaq, vermək, bağışlamaq, təxsis etmək.

Amma bu bədbəxt də molla, seyidin kələyinə düşüb cəmi dövləti məscidə vəqf etmiş. S.S.Axundov;

2) məc. tamamilə həsr etmək, sərf etmək, vermək.

Vəsiyyətim budu, Seyyid, vəfatım olduqda; Nə qalsa məndən, onu vəqf edin, şərabə verin. S.Ə.Şirvani.
Ana övlada vəqf edər özünü; Yumamaz, yummasa uşaq gözünü. M.Ə.Sabir.
Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. N.Nərimanov.

 

 

VƏQF nədir? – VƏQF nedir? – VƏQF sözünün mənası – VƏQF sozunun menasi – VƏQF nə deməkdir? – VƏQF ne demekdir? – VƏQF sözünün izahı – VƏQF sozunun izahi – VƏQF sözünün istifadəsi – VƏQF sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.