TUŞ₁


1. is. Qabaq, qarşı, ön, qənşər.

Arvad çay verdikdən sonra [ərinin] tuşunda stulda oturdu. Ə.Vəliyev.

□ Tuş gəlmək (olmaq)1) rast gəlmək, təsadüf etmək, qabağına çıxmaq, rastlaşmaq.

[Nəbi:] Maltəpədə düşmən bizə tuş oldu. Qaçaq Nəbi”.

Ədalət canavara tuş gəlmiş quzu kimi, naçar nəzərlərlə aşağıdan-yuxarı zabitə baxırdı. Mir Cəlal;
2) məc. mübtəla olmaq, düçar olmaq, uğramaq.

[Kazım Vaqifə:] Amma olmasın ki, xanın qəzəbinə tuş gəlim. Çəmənzəminli.
Daim sevinc axtaran daim qəmə tuş olur. B.Vahabzadə.

2. zərf Birbaşa, düz, bilavasitə.

[Katib:] Bu yarğanın başından tuş İstisuya gözəl bir funikulyor çəkmək olardı. B.Bayramov.

 

 

TUŞ₁ nədir? – TUŞ₁ nedir? – TUŞ₁ sözünün mənası – TUŞ₁ sozunun menasi – TUŞ₁ nə deməkdir? – TUŞ₁ ne demekdir? – TUŞ₁ sözünün izahı – TUŞ₁ sozunun izahi – TUŞ₁ sözünün istifadəsi – TUŞ₁ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.