TƏPMƏK₁

f.
1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq.

[Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov.
Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub, uclarını ağzına təpərdi. M.S.Ordubadi.

// Güclə soxmaq, doldurmaq, yerləşdirmək, basmaq, qoymaq, dürtmək, dürtüşdürmək. Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək.
2. Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq.

[Pası] gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: – Sərvaxt olun, heyvana canavar təpər [deyərdi]. S.Rəhimov.

3. Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə).

Şah bu sözlərini qurtaran tək [keçəçilər] təsnif oxuya-oxuya keçə təpirlər. Ü.Hacıbəyov.

4. dan. Təpik atmaq, təpikləmək.

Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. M.V.Vidadi.

5. Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında).

…Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. M.Rzaquluzadə.

◊ Başına at təpmək – bax baş.
Dərisinə saman təpmək – bax dəri.

 

 

TƏPMƏK₁ nədir? – TƏPMƏK₁ nedir? – TƏPMƏK₁ sözünün mənası – TƏPMƏK₁ sozunun menasi – TƏPMƏK₁ nə deməkdir? – TƏPMƏK₁ ne demekdir? – TƏPMƏK₁ sözünün izahı – TƏPMƏK₁ sozunun izahi – TƏPMƏK₁ sözünün istifadəsi – TƏPMƏK₁ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.