TƏPƏ
1. Hündür yer, hündürlük; kiçicik dağ.
2. Bir şeyin ən yuxarı hissəsi, başı, zirvəsi. Dağın təpəsi. Yamacın təpəsi. Qüllənin təpəsinə çıxmaq.
3. Qalaq, taya. Ot təpəsi. Saman təpəsi.
4. İnsan və heyvan başının ən üst hissəsi; kəllə, baş. Qoyunun təpəsinə damğa vurmaq.
// Papağın üst tərəfi, üstü. Papağın təpəsi məxmərdəndir.
◊ Təpədən-dırnağa qədər – başdan-ayağa (qədər).
Təpədən-dırnağa qədər süzmək – bax başdan-ayağa süzmək (“başdan-ayağa”da).
Təpəsi üstə – başaşağı, kəlləmayallaq.
Təpəsi üstə gəlmək – 1) başaşağı gəlmək, kəlləmayallaq yıxılmaq. Uşaq məhəccərə dırmaşanda təpəsi üstə yerə gəlib. Mir Cəlal;
2) məc. tez və həvəslə gəlmək, o saat gəlmək.
TƏPƏ nədir? – TƏPƏ nedir? – TƏPƏ sözünün mənası – TƏPƏ sozunun menasi – TƏPƏ nə deməkdir? – TƏPƏ ne demekdir? – TƏPƏ sözünün izahı – TƏPƏ sozunun izahi – TƏPƏ sözünün istifadəsi – TƏPƏ sozunun istifadesi