is. [
ər. ]
1. Keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqalar, piləklər şəklində bəzək, zəncirə. Bir də görərdin ki, dövlətli qadın … başına qızıl cütquqabağını bağladı.
Onun üstündən cərgə gül, qızıl silsiləsini, həmailini bağladı… H.Sarabski.
// Zəncir.
2. Bir-birinə bitişərək sıra təşkil edən şey. Dağ silsiləsi.
– Silsilə dağlarından axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq.
Silsilə dağlartək durub yan-yana; Bakının bəzəyi neft buruqları. S.Rüstəm.
Bir azdan … silsilə ilə görünən qum təpələri … işığa qərq oldu. S.Rəhman.
// Sıra dağlar. Dağ silsiləsi.
– Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dörd yandan əsər. S.Vurğun.
□ Silsilə kimi – sıra ilə, bir-birinin yanında, zəncir kimi.
Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.
3. Şəcərə, nəsil.
Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə.
[Mehrəli bəy:] Ədil bəy, mənim silsiləmdə … mehtər olmuş şəxs yoxdur. S.S.Axundov.
Nəslimizin qırılmaz silsiləsi onun qoynunda qüvvət alıb gələcəyə yol açmışdır – o, ədəbi və yaradıcı bir anadır. Ə.Məmmədxanlı.
// Zümrə, təbəqə.
4. məc. Bir şeyin ardıcıl sırası.
Xəlqilik böyük sənətkarın [C.Məmmədquluzadənin] xüsusən əsərlərinin surətlər silsiləsinə öz damğasını basmış, qabarıq və parlaq çıxmasına kömək etmişdir. M.İbrahimov.
İndi o, fikir silsiləsinin qırıldığını görürdü. Ə.Əbülhəsən.
// Seriya. Tənqidçinin jurnalda dərc etdirdiyi silsilə məqalələri.