SADƏ
1. Mürəkkəb olmayan, çətin olmayan, asan həll olunan, bəsit, asan. Sadə məsələ. Sadə iş.
2. xüs. Tərkibcə bəsit olan, qatışığı olmayan, mürəkkəb olmayan. Sadə cisim. Sadə mexanizm.
3. Təbii, adi, təmtəraqsız, sünilikdən uzaq, hamının başa düşəcəyi şəkildə, populyar. Sadə danışıq. Kitab sadə dildə yazılmışdır.
4. Heç bir şeylə başqalarından fərqlənməyən, ən adi, bəzək-düzəksiz, zinətsiz. Sadə geyim. Sadə şey. Sadə yemək. – Beş il əvvəl mən [Xədicəni] zəngin bir əlbisədə görmüşdüm.
5. Heç bir imtiyazı olmayan, adi, hamı kimi. Sadə fəhlə. Sadə müəllim babadır.
// Cəmiyyətin zəhmətkeş hissəsinə mənsub olan; əməkçi, zəhmətkeş. Dünyanın sadə adamları.
6. məc. Ürəyiaçıq, sadədil, sadəqəlbli, biclik bilməyən, tezinanan. Çox sadə adamdır, hər şeyə inanır.
SADƏ nədir? – SADƏ nedir? – SADƏ sözünün mənası – SADƏ sozunun menasi – SADƏ nə deməkdir? – SADƏ ne demekdir? – SADƏ sözünün izahı – SADƏ sozunun izahi – SADƏ sözünün istifadəsi – SADƏ sozunun istifadesi