zülf

zülf : is. [fars.] şair. Saç (xüsusilə üzün ikitərəfində sallanan tellər). Təbriz üstə Marağa;Zülfün gəlməz darağa; Axtarıram yarımı;Düşüb soraq-sorağa. (Bayatı). O şahmarzülfləri, tel güləbatın; Necə oldu, ay qabağınigarın? Molla Cümə. Xalın qaradı, zülf qara,gözlərin qara; Bir ağ gün görərmi olan mübtəlasana? S.Ə.Şirvani.

zülal

zülal : is. [ər.]

  • Saf, sərin, dadlı su(klassik şeirdə adətən təmizlik, saflıq rəmzikimi işlənmişdir). Şəfayi-vəsl qədrin hicrilə bimar olandan sor; Zülali-zövq şövqüntəşneyi-didar olandan sor. Füzuli. Xurşidim,xavərim, hilalım sənsən; Şəkərim, şərbətim,zülalım sənsən. M.V.Vidadi. Qorxuram soluxabu gül yanağın; Ey ləbi zülalım, sənağlayanda. Molla Cümə
  • biol. kim. Canlı orqanizmlərin ən mühümtərkib hissəsi olan mürəkkəb üzvimaddə. Qarğıdalı dənində 9-10 faiz zülal və4-6 faiz yağ vardır.
  • zükur

    zükur : is. [ər. “zəkər” söz. cəmi] klas.Kişilər. Hər yerdə zükur və ünas bimaristanlarıolurdu ki, qərib və bikəs mərizlərə oradamüalicə edib pərəstar olurdular.. M.F.Axundzadə.Dağıstan xalqının ünas tayfası sövdəeləməkdə zükur qismindən sərriştəsi artıqdır.“Əkinçi”. Küçələrdə hamı; nə narü nə nur;Qarışıb bir-birə ünasü zükur. M.Ə.Sabir.

    zühur

    zühur : [ər.] Zahir olma, meydana çıxma,görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru.– Hər zərreyi-zahirin zühuri; Bir özgəyəbağlıdır zəruri. Füzuli. [Soltanın] bunagahani zühuru Durnada heç bir təəccüb ..doğurmadı. İ.Əfəndiyev. _ Zühur etmək –meydana çıxmaq, zahir olmaq. Gecmi, tezmi,bilməm, əmma həqq edər bir gün zühur.M.Hadi. Veylabadda hər bir şey dəyişmişdi,çoxlu ocaqlar (pirlər) zühur etmişdi. Çəmənzəminli.İran ticarət bazarlarında zühur edənümumi düşmənə qarşı vahid cəbhə düzəldəbilmirlər. M.S.Ordubadi. Zühur olmaq – doğulmaq,meydana gəlmək. Necə ki sən zühuroldun anadan; Mən gülə bilmədim bu qəmxanadan.Molla Cümə. Zühura gəlmək –meydana çıxmaq. …Bizlərdə millət qurğularışəxsi qurğular şəklində zühura gəlir.C.Məmmədquluzadə. Zühura çıxmaq – üzəçıxmaq, meydana çıxmaq, zahir olmaq.