abad

abad : sif. [fars.]

  • Müntəzəm və çoxlutikintisi, yaşayış üçün hər cür şəraiti olan;şen. Abad şəhər. Abad kənd. – Söylədiyimizdövrdə İçərişəhər abad deyildi. H.Sarabski.Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır.N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı,müntəzəm, səliqəli, mədəni, yaxud yaxşıtəchiz və təmin olunmuş, yaxşı vəziyyətdəolan. _ Abad edilmək – b a x abadlaşdırılmaq.Abad etmək (eləmək) – b a xabadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimiziabad etmək, yaşayışımızı yaxşılaşdırmaqöz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Bizbu dünyaya xarabalıqları abad etməyəgəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq –b a x abadlaşmaq. Bunlar hərə öz məhəlləsininabad olmağına cidd-cəhd etmişlər.N.Nərimanov. Tənimdə qalmayıb bir xaliyer qəmzən xədəngindən; Olur abad hərmülkün ki, adil olsa sultanı. Q.Zakir. Abadolsun! Evin abad olsun! – təşəkkür, razılıq,məmnuniyyət, təqdir bildirən ifadədir.Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşungörəyim xanəsi abad olsun! S.Ə.Şirvani.[Qoca:] Çörək verdin, yedim, evin abadolsun! Ə.Haqverdiyev
  • məc. klas. Şən, şad. Dağıldı qüssədənabad gördüyün könlüm. Heyran xanım….abad [fars.] Xüsusi isimlərə qoşularaqşəhər, kənd, yer adları düzəldilir; məs.:Cəlilabad, Sabirabad və s.
  • aba

    aba₂ : is. məh.

  • Ata
  • Böyük bacı (hörmət üçün böyük qadınada deyilir).ÁBA is. [ər. “əb” söz. cəmi] Atalar, atababa._ Abavü əcdad – ata-babalar, əcdad,nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixindəPənah Əli xanın abavü əcdadı şənindəbelə yazır.. F.Köçərli.
  • aba

    aba₁ : is. [ər.] köhn. Müsəlman ruhanilərininvə mömin adamların üstdən geydikləriqolsuz və ya gödəkqollu, yaxası açıquzun kişi paltarı (əslində ərəb milli paltarıdır).Kişi çıxardı ki, ağaya yüzlüklər bəxşedərdi; atlar, inəklər vəd edərdilər; ipəkabalar, xəz cübbələr verilərdi. Çəmənzəminli.Çox vədə olurdu ki, həftənin iki ötər,üçüncü günü Molla Rəcəbi küçə ilə qayətqəmgin və ayaqları abasının ətəyinədolaşa-dolaşa gedən görərsən… B.Talıblı.Molla nazik, ağ abasını çiyinlərində oynadaraq:– Buna heç şəkk-şübhə ola bilməz,– dedi. S.Rəhimov.

    ab

    ab : is. [fars.] klas.

  • Su. _ Abi-bəqa –b a x abi-həyat. Abi-heyvan(i) – b a x abihəyat.Əzib ləli qatıb abi-heyvana; Qəndilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat– həyat suyu, dirilik suyu (əfsanələrəgörə, guya zülmətdə bir çeşmənin suyuolub, onu içənlər heç ölməzlərmiş). KülliQarabağın abi-həyatı; Nərmü nazik bayatıdır,bayatı. M.V.Vidadi. Ölümümdür mənimol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgünyerinə abi-həyat. S.Ə.Şirvani. Abihəyatınbir belə zahid ki, vəsf edər; Ləliləbinyanında bir əfsanədir mənə. Ə.Vahid.Abi-kövsər – 1) dini əfsanələrə görə, guyacənnətdə olan Kövsər çayının dadlı suyu.Dürlü bulaq abi-kövsər suyudur; İçəndədad verir dəhanə, dağlar! Aşıq Xəyyam. Pəsonlar [mollalar] nə vaxtadək cənnət, abikövsərvədəsi ilə bədbəxt islam camaatınınqanını soracaqlar? C.Məmmədquluzadə;2) danışıqda və ədəbiyyatda çox vaxt şərabhəmin suya bənzədilir. [Süleyman bəy:]Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir!Ə.Haqverdiyev. [Mirzə Turab:]Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi.B.Talıblı. Abi-leysan – b a x abi-niysan.Abi-niysan – bahar yağışı, çox güclü yağış.Əmr olundu, abi-niysan; Cansızlara bəxşedə can; Yenə tazələndi dövran; Nə gözəlruzigar oldu. Q.Zakir. Abi-niysan kimiməc. – niysan yağışı kimi, sel kimi, çox güclü.Biçarə çiyninə qoyub başını; Abi-niysankimi tökür yaşını. Q.Zakir. Hacının qədimnökəri Kərbəlayı Qulaməli iranlı qapınınağzında ayaq üstündə gözlərinin yaşını abiniysankimi ağ saqqalından axıdırdı.Ə.Haqverdiyev. Abi-zəmzəm (Zəmzəm –Məkkədə olan və suyu müsəlmanlar tərəfindənmüqəddəs sayılan quyunun adıdır) –klassik poeziyada şərab mənasında işlənmişdir.Abi-zindəgani – b a x abi-həyat
  • məc. Göz yaşı. Bu səmavi gözü yağdırmadaab. M.Had
  • a

    a₂ : nida.

  • Sözlərə qoşularaq çağırış, xitab,müraciət bildirir. A dostlar! A başına dönüm!A balam! – [Murov:] A kişi, mən səni üç gecədiraxtarıram. M.F.Axundzadə. A quşlarım,getməyin; Məni qəmgin etməyin! A.Səhhət.[Ağabacı:] Nə eləyim, a Məşədi Püstə bacı!Kişi qocalıb yavaş-yavaş əldən düşür.H.Sarabski. // Eyni mənada bəzən cümləninortasında işlənir. Baxsanız a, beli çökmüş yamaca;Sinəsində şən quzular səslənir. A.Şaiq.// Bəzən cümlənin axırında təkid bildirənədat kimi işlənir. Aparsan a! – [İbrahim bəy:]A kişi, çəkil kənara, görüm a! Ə.Haqverdiyev
  • İntonasiyadan asılı olaraq məmnunluq,hiddət, istehza, narazılıq, təəccüb və s. hissləriifadə edir. A! Sənə nə oldu? A, nə gözəlşeydir! – [Ağa Mərdan:] A, bu dabanıkəsikHeydərqulunun oğlu imiş! M.F.Axundzadə.[Rübabə:] A Böyükxanım, niyə gülməli sözdanışırsan?! Mir Cəlal
  • Həyəcan, dəhşət, qorxu, peşmanlıq vəs. hissləri ifadə edən səs (uzadılaraq xüsusiintonasiya ilə və bəzən təkrar şəklində işlənir).Aaa, mən nə etdim! Aaa, bu necəadamdır! Aaa, nə böyük ilandır! – Yenə birbaşqa xəbər varmı? – Bizim qonşu Kərim.– A… A… A? Bəli, hə, hə. – O nə qayırıb, degörüm. M.Ə.Sabir
  • Bəzən cümlənin axırında və ya sözdənsonra gələrək, təəccüb bildirir, yaxud danışılansözə diqqəti cəlb edərək, onun haqqındadüşündürmək üçün işlənir. Bu paltoyayüz manat vermişəm; yüz manat a!