abadanlıq

abadanlıq : is.

  • B a x abadlıq. Hərəbir əl qoysa abadanlığa; Kəndimiz böyüyübbir şəhər olar. S.Vurğun. [Kəndlilər] biryerdə işləsinlər; .. hökumət bu işə kömək dəedir, pul da buraxır, maşın da verir,abadanlıq üçün lazımi şeylər də buraxır.T.Ş.Simurq
  • Kənd, şəhər, yaşayış yeri, məskən.[Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımlabelə abadanlıqdan xaric, xəlvətguşəyə özümü çəkmişəm? M.F.Axundzadə._ Abadanlıq salmaq – məskən salmaq,yurd salmaq. Bakının Məhəmmədli kəndindənköçərilər gəlib, bu məhəllənin cənubtərəfində abadanlıq salmışlar. H.Sarabski
  • B a x avadanlıq 1-ci mənada. [Gülcahan:]Plov nədi, zad nədi?.. Sən də, qardaşım,abadanlıqdan danışırsan. N.Vəzirov.Ancaq mənə verilən üç otağın nə bir stolkürsüsüvardı ki, üstündə oturub yazıyazasan, nə də bir qeyri abadanlıq vardı.C.Məmmədquluzadə.
  • böyür

    böyür : is.

  • Bədənin çiynindən ombayaqədər olan sağ və sol tərəfi. Böyrü əzilmək.Böyrü üstə uzanmaq. – Namərd güllə yazıquşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı.S.S.Axundov. Uşaq yumaq kimi bükülüb,böyrü üstə yıxılmışdı. Ə.Məmmədxanlı.// Heyvanlar haqqında. İnəyin böyrübatmışdır
  • Yan. Qab böyrü üstə düşdü. – [Məmməd:]Bütün köhnə, böyrü üstə əyilmiş Çəmbərəkəndiyox olmuşdur. C.Cabbarlı. Qayıqdəniz buruqlarının, böyründən şütüyərəkaçıq dənizə çıxdı. M.Hüseyn.◊ Böyrü üstə yatmaq – heç bir iş görməmək,tənbəllik etmək. Böyrünü yerə vurmaq– 1) yan üstə uzanmaq. Böyrün yerəvurub çoban dağ üstə; Hərdən deyir biryanıqlı şikəstə. A.Səhhət; 2) b a x böyrüüstə yatmaq. Böyürdən törəmə – gözlənmədənmeydana çıxan şey haqqında. Böyürdənçıxmaq – gözlənmədən ortaya çıxmaq.Əlini böyrünə vurmaq – b a x böyrü üstəyatmaq.böyür-böyürə zərf Yan-yana, bir-birininyanında, bir-birinə lap yaxın. Böyürböyürəoturmaq. Böyür-böyürə yaşayırsınız,bir-birinizdən xəbəriniz yoxdur. – Hatəmdayının nəzərləri .. gəlib çardaq altındaböyür-böyürə vermiş dolu çuvallarda dayandı.Mir Cəlal.
  • böyümək

    böyümək : f.

  • Həcmcə və ya miqdarcaartmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskopaltında mikrob yüz dəfə böyümüşdür.Sürülər xeyli böyümüşdür. – Al rənglərgetdikcə artır, böyüyür, bir məşəl, bir azadlıqgünəşi kimi bütün dünyanı işıqlandırır.M.İbrahimov
  • Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək.Mübahisə böyüdü. Qovğaböyüdü. Söhbət böyüdü. – Narazılıq çoxzaman böyüyər və ədavətə çevrilərdi.H.Sarabski
  • Boy atmaq, uzanmaq, yetişmək, inkişafetmək. Uşaqlar böyüyür. Evkalipt ağacı çoxtez böyüyür. Taxıllar bu il çox gec böyüdü
  • Hər hansı bir yerdə ömür keçirmək,yaşamaq, cavanlığını, uşaqlığını keçirmək.Uşaq yaxşı mühitdə böyüyür. – Girdmandağlarının təmiz havasında böyümüş buqocanın yetmiş yaşı vardısa da, hələqocalmaqdan şikayət etmirdi. M.Hüseyn
  • Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq;yüksəlmək. Onun vəzifəsi böyümüşdür.– [Zeynəb:] İndi böyümüsən, daha bizəetina göstərməyirsən. B.Talıblı.