zülmətxana

zülmətxana : is. [ər. zülmət və fars….xanə] klas. Qaranlıq yer. Yatıbsan, oyan,dağlar! Al-yaşıl boyan, dağlar! Bura zülmətxanadır;Necədir o yan, dağlar! (Bayatı).Çiraği-şəb mənə bəsdir, ciyərdə şöləyi-dağın;Bihəmdüllah ki, zülmətxaneyi-könlüm münəvvərdir.S.Ə.Şirvani.

zülmət

zülmət : is. [ər.]

  • Qaranlıq. Axşamdır,gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş,hava qaralmış. A.Səhhət. Çıraq ol! Nurunuartır günbəgün; Hər yerdə həyatın boğzülmətini.. B.Vahabzadə. Zülmət çökdü, gecəgəldi; Zalım gecə necə gəldi! M.Dilbazi
  • folk. Nağıllarda: İskəndərin dirilik çeşməsiaxtarmaq üçün getdiyi çox qaranlıq yer
  • məc. kit. Mədəniyyətsizlik, nadanlıq,cəhalət mənasında. Elm bir nur, cəhl zülmətdir;Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani.
  • zülm

    zülm : is. [ər.] Ədalət və insafa zidd olanhal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyiamansız təzyiq, haqsızlıq, insafsızlıq,ədalətsizlik, cəfa. Ya zalım zülmdən əl çəkməlidir,ya da məzlum zülmə qatlanıb, özidrakının təsdiqi ilə zülmü dəf etməlidir.M.F.Axundzadə. // Özbaşınalıq və zorakılıqəsasında qurulan idarə üsulu; istibdad. Hökumətinzülmündən təngə gəlmiş xalq hökumətəqarşı yazılan bu rübainin təkrar edilməsinitələb etməyə başladı. M.S.Ordubadi. // Ümumiyyətlə,əziyyət, əzab, işgəncə. Tainki ayıqdır,həzər et ər dediyindən; Ər zülmü yamandır!M.Ə.Sabir. _ Zülm çəkmək – zülmə,haqsızlığa məruz qalmaq. Zülm etmək (eləmək)– amansızcasına sıxışdırmaq, incitmək,azadca yaşamağa və inkişaf etməyə qoyma-maq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıqetmək, cəfa etmək. ..Zülm eliyən, qantökən; Ya xan, ya sultan olar. (Bayatı). İkisibirləşib zülm edib mana; Şahid yox arada,qorxuram dana. Q.Zakir. Mən ki doymamışdımheç vüsalından; Mənə zülm elədi yamanayrılıq. N.Rəfibəyli. Zülm ərşə dayandı(çıxdı) – zülm, ədalətsizlik həddini aşdı.Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çoxçətinliklə. Qurbani der: bu nə çərxi-fələkdir;Zülümlə ayırırlar yarı da məndən. Qurbani.