zünnar

zünnar : is. [ər.] Xristian keşişlərinin ibadətzamanı bellərinə bağladıqları ucları aşağısallanan sərt qurşaq (klassik şeirdə xristianlıqrəmzi kimi işlənmişdir). _ Zünnar bağlamaqklas. – müsəlmanlıqdan dönmək, xaçpərəstolmaq. Axırda zünnar bağlarsan; Qəməyoldaş olan könlüm! Aşıq Valeh.

zümzümə

zümzümə : is. [ər.] Ahəstə səslə, pəsdən,özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdimcavanların şirin zümzüməsini; Dinlədim layladeyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşlarınciviltili nəğməsi, büllur suların şirinzümzüməsi, sərin təranəsi [eşidilirdi]. M.Rzaquluzadə._ Zümzümə etmək (eləmək) –pəsdən, ahəstə səslə özü üçün oxumaq; dodaqaltıoxumaq. Kalvayı Qurban pəyəyə gedəndəgördü ki, Ələsgər camışın axurundaoturub, astadan zümzümə eləyir. “AşıqƏləsgər”. Baxış bəy zümzümə eləməyə başladı.Ə.Abasov. // məc. Nəğmə, təranə, tərənnüm(bəzən şairanə təşbehlərdə işlənir).Quşların zümzüməsi. Suların zümzüməsi.– Axşam sularının zümzüməsində; Bir yenidünyanın nəşidəsi var. S.Vurğun. Ağ samovarzümzümə eləyir, Müşkinaz .. həzin-həzinoxuyurdu. Ə.Vəliyev.

zümrüd

zümrüd : [ər.]

  • is. Yaşıl rəngli qiymətlidaş
  • Sif. mənasında. Zümrüddən qayrılmış.Zümrüd bilərzik. Zümrüd üzük qaşı. – [Qızlar]zümrüd və almaz xalxalları topuqlarınabağladılar. M.S.Ordubadi
  • Sif. mənasında. Yamyaşıl, yaşıl, tündyaşılşey haqqında (təşbeh məqamında). Zümrüddağlar üstündəki al şəfəqlər sönərkən,qonşu bağçalarda həzin bir ney səsi inlədi.H.Cavid. Nə dayanmaq vaxtıdır, gözəl dostum,sən də gəl! Seyr edəlim qol-qola bu zümrüdçəməndə, gəl… M.Müşfiq. Zümrüd rənglidənizə; Bir baş vur; Bir çim, qaral. N.Rəfibəyli.Yadıma yurdumun çölü, çəməni; Suyuzümrüd rəngli göllərim gəlir! M.Dilbazi.◊ Zümrüd quşu – qədim əfsanələrdə:özünü odda yandırıb sonra küldən törəyənəfsanəvi quş (əbədiyyət rəmzi kimi işlənir).
  • zümrə

    zümrə : is. [ər.]

  • Silk, ictimai təbəqə,sinif. Ziyalı zümrəsi. – Mirzə Səməd şəhərməktəbini qurtarıb iyirmi yaşından etibarənməmur zümrəsinə daxil olmuşdu. Çəmənzəminli.Bu qəzet [“Qamusul-əxbar”] nə birsiyasi firqənin, nə də bir elmi zümrənin malıidi. Qantəmir. Ümumən kübarlar zümrəsinəqarşı bədgüman olan və pis münasibət bəsləyənQəhrəmani belə bu qızı [Südabəni] xoşlayırdı.M.İbrahimov
  • köhn. Camaat mənasında
  • köhn. Cins, növ, qrup. Heyvanlar zümrəsi.