NÖQTƏ
1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir.
// məc. Zorla seçilə bilən, nöqtəyə oxşayan kiçik şey haqqında.
□ Nöqtə kimi – çox kiçik, güclə seçilə bilən. Evlər uzaqda nöqtə kimi qaralırdı.
2. qram. Cümləni ayıran, həmçinin sözləri ixtisar şəklində yazdıqda (və i.a. və s.) qoyulan durğu işarəsi (.).
// Ərəb əlifbasında bəzi hərflərin altına, ya üstünə qoyulan kiçik işarə (məs.: ب ن ).
3. Riyaziyyatın, habelə mexanika və fizikanın əsas anlayışı; ölçüsü olmayan yer, xətt kəsiyinin hüdudu. Xətlərin kəsişdiyi nöqtə. Dayaq nöqtəsi.
4. Fəzada və ya bir şeyin üzərində müəyyən yer. Dağ silsiləsinin ən uca nöqtəsi.
5. Bir iş görülən, ya bir şeyin yerləşdiyi yer, məntəqə. Ticarət nöqtəsi (mağaza və s.). Atəş nöqtəsi (pulemyot, top və s.).
// Mövqe, yer. Bir nöqtəyə yığılmaq (cəm olmaq). O nöqtəyə çatan kimi durduq.
6. Yer, cəhət, səmt.
// “Bir” sözü ilə yenə müəyyən yer bildirir. Bir nöqtəyə baxmaq. Bir nöqtədə durmaq.
7. Məc. mənada tərkiblərdə: qəlbinin incə nöqtəsi, ruhunun həssas nöqtəsi və s. şəklində işlənir. Telli ixtiyarsız bir ah çəkdi.
8. fiz. Hər hansı maddənin bir haldan (aqreqat vəziyyətindən) başqa hala keçməsini göstərən temperatur həddi. Qaynama nöqtəsi. Donma nöqtəsi.
9. mus. Hədd, dərəcə.
◊ Nöqtə qoymaq – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq.
NÖQTƏ nədir? – NÖQTƏ nedir? – NÖQTƏ sözünün mənası – NÖQTƏ sozunun menasi – NÖQTƏ nə deməkdir? – NÖQTƏ ne demekdir? – NÖQTƏ sözünün izahı – NÖQTƏ sozunun izahi – NÖQTƏ sözünün istifadəsi – NÖQTƏ sozunun istifadesi