HEYRƏT
1. is. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz bir şeydən, hadisədən çaşqınlıq halı; təəccüb.
□ Heyrət almaq (götürmək, aparmaq) – çaşıbqalmaq, heyrət etmək.
Heyrət etmək – təəccüblənmək, heyrətlənmək, təəccüb etmək.
Heyrət içində (içərisində) – təəccüblənmiş halda, təəccüb içərisində, təəccüblənərək.
Heyrətdə qoymaq – 1) bax heyrətə salmaq;
2) valeh etmək, heyran etmək.
Heyrətə gəlmək (düşmək, dalmaq) – bax heyrət etmək.
Heyrətə salmaq (gətirmək) – təəccübləndirmək, heyrətləndirmək, təəccübə salmaq.
2. Heyrətlə şəklində zərf – təəccüblə, heyrət edərək, heyranlıqla.
HEYRƏT nədir? – HEYRƏT nedir? – HEYRƏT sözünün mənası – HEYRƏT sozunun menasi – HEYRƏT nə deməkdir? – HEYRƏT ne demekdir? – HEYRƏT sözünün izahı – HEYRƏT sozunun izahi – HEYRƏT sözünün istifadəsi – HEYRƏT sozunun istifadesi