HAVALI

HAVALI I sif. Lovğa, özündən razı. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qan-tərdə naxırçı, nökər (Aşıq Ələsgər).

HAVALI II sif. Əsəbi, həyəcanlı, qızğın. Görünür havalı başlar; Hər şeyi tez unudar (R.Rza).

HAVALI III sif. Havası olan. İşıqlı, havalı evimdə mənim; Qəfəsə salınmış bir turacım var (H.Arif).

HAVALI IV sif. Ağlını itirmiş. Sən də bilirsən ki, havalı bir şeydir, tutması var, şəkil kimi gözəlliyinə sözüm yox (M.İbrahimov).

 

HAVALI sözü nədir? – HAVALI sozu nedir? – HAVALI sözünun mənası – HAVALI sozunun omonimi – HAVALI sözünün omonimi – HAVALI omonimi – HAVALI basqa menasi var mi? – HAVALI sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın