HAQQ

HAQQ I is. [ ər. ] Hüquq, ixtiyar. Odur uşaqları narazı salan; Bu işçi gənclərin haqqını çalan (M.Müşfiq).

HAQQ II is. [ ər. ] Həqiqət, ədalət, doğru. Haqq ilə nahaqqı axtaran hakim; Tapar qulaq ilə göz arasında (Aşıq Ələsgər).

HAQQ III is. [ ər. ] Əməyin əvəzində alınan donluq. Bir də … palto tikənə; Zəhmət haqqı verəcəksən (Ə.Kürçaylı).

HAQQ IV is. [ ər. ] Bəraət. Sarışının hərəkətlərinə haqq qazandırdı (S.Qədirzadə).

HAQQ V qoşma Barədə. Daldada sənin haqqında bir söz deməmişik, o, düşmən sözüdü (“Qaçaq Nəbi”).

 

HAQQ sözü nədir? – HAQQ sozu nedir? – HAQQ sözünun mənası – HAQQ sozunun omonimi – HAQQ sözünün omonimi – HAQQ omonimi – HAQQ basqa menasi var mi? – HAQQ sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın