HƏ
1. Verilən suala müsbət cavab və ya təsdiq məqamında işlənir (yox ziddi); bəli, elədir. Hə, razıyam. – İmtahan verdinmi? – Hə, verdim. – Yemək istəyirsənmi? – Hə.
2. Sual cümlələrində sualı gücləndirir və təkid bildirir.
// Sual cümlələrinin axırında müsahibi cavab verməyə vadar etmək məqamında işlənir – düz deyil? elə deyilmi? de görüm mənasında.
// Nitqin daxilində əvvəlcə deyilmiş sözü israrla təsdiq məqamında işlənir və bəzən təkrar deyilir – düzdür, tamamilə doğrudur, elədir ki var, əlbəttə mənasında. – Sən dediyinin üstündə durursanmı? – Hə, hə, dururam.
3. Yaddan çıxmış bir şey birdən yada düşdükdə və ya başqa mətləbə keçdikdə deyilir – yeri gəlmişkən, bir də mənasında. Hə, yaxşı yadıma düşdü. Hə, az qala yadımdan çıxmışdı, gələndə kitabını da gətir.
4. Cümlənin əvvəlində müraciət zamanı işlənir – ey, ay mənasında.
// Müraciətə, çağırışa cavab kimi işlənir – nə, nədir, eşidirəm! mənasında. – Həsən? – Hə.
HƏ nədir? – HƏ nedir? – HƏ sözünün mənası – HƏ sozunun menasi – HƏ nə deməkdir? – HƏ ne demekdir? – HƏ sözünün izahı – HƏ sozunun izahi – HƏ sözünün istifadəsi – HƏ sozunun istifadesi