GÜNAH

is. [ fars. ]
1. Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş (savab əksi).

Səni mələk görəli yazmaz oldu eşqi günah; Vəli yazıldı, bu üzdən bəsi savab sana. Füzuli.
Əfv olur möminin cümlə günahı; Sənin də könlündən keçər, ağlarsan. M.V.Vidadi.

□ Günaha batmaq – dincə qəbahət sayılan bir iş görmək.

İncitmə Zakiri bundan ziyada; Bir usan, günaha batdığın yetər. Q.Zakir.

2. Cəzalanmalı hərəkət; təqsir. Uşağın günahı yoxdur.

– Yazıq Hacı Mirzə Həsən ağa, sənin günahın nə idi, sən nə deyirdin ki? C.Məmmədquluzadə.
O yazığın günahı nə, təqsiri nə? Hücum çəkib Vətəninə? B.Vahabzadə.

□ Günah eləmək (işləmək) – cəzaya layiq bir iş görmək.

Səməd nə günah eləsə idi, nədə müqəssir olsa idi, nəticəsi Sürəyyaya toxunacaq idi. Çəmənzəminli.
Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov.

Günaha batmaq – bax günah eləmək (işləmək).

Ən böyük cinayətdir; Azadlığa qəsd etmək; Bu günaha batma gəl! B.Vahabzadə.

Günahından keçmək, günahını bağışlamaq – təqsirindən keçmək, bağışlamaq.

[Bəhram:] Mən xəyanət elədim, Sara, keç günahımdan! C.Cabbarlı.
Bahadır da anasının günahını bağışlamağı [atasından] xahiş eləmək istədi. M.Hüseyn.

Günahını yumaq – təqsirindən keçilmək üçün cəzalanmalı olan hərəkətinin əvəzində yaxşı işlər görmək.
3. məc. Nöqsan, çatışmazlıq.

…Professor binanın günahını indi aydın elədi… B.Bayramov.

 

 

GÜNAH nədir? – GÜNAH nedir? – GÜNAH sözünün mənası – GÜNAH sozunun menasi – GÜNAH nə deməkdir? – GÜNAH ne demekdir? – GÜNAH sözünün izahı – GÜNAH sozunun izahi – GÜNAH sözünün istifadəsi – GÜNAH sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.