DÜŞMƏN
1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. Onun düşməni var.
// Birinə pislik etmək, zərər vurmaq istəyən, birinin pisliyini istəyən adam; ədavətkar, əleyhdar. Düşmənin tikəsindən dostun silləsi yaxşıdır. ( Ata. sözü ).
□ Düşmən gözü ilə baxmaq – özünə düşmən hesab etmək.
Düşmən kəsilmək – düşmən olmaq.
2. Müharibədə əks cəbhədə vuruşan adam, dövlət və s.; yağı. Düşməni darmadağın etmək. Düşməni məğlub etmək.
3. Zərər gətirən, zərərli olan şey haqqında. Xatircəmlik bizim ən böyük düşmənlərimizdəndir.
4. Yarışda, oyunda, mübahisədə iştirak edən qarşı tərəf. Düşmən şahını mat etmək (şahmatda).
DÜŞMƏN nədir? – DÜŞMƏN nedir? – DÜŞMƏN sözünün mənası – DÜŞMƏN sozunun menasi – DÜŞMƏN nə deməkdir? – DÜŞMƏN ne demekdir? – DÜŞMƏN sözünün izahı – DÜŞMƏN sozunun izahi – DÜŞMƏN sözünün istifadəsi – DÜŞMƏN sozunun istifadesi