DƏRİN
1. Səthindən, yaxud ağzından dibinə qədər xeyli məsafə olan, böyük dərinliyi olan (dayaz əksi). Dərin quyu. Dərin çay. Dərin göl.
// Dərində olan.
// Dərindən çıxan. Dərin su bulanmaz. ( Ata. sözü ).
// is. Dərin yer. Balta çox dərinə getdi.
// is. Müəyyən dərinlikdə olan. Dənizin (çayın) dərin yeri.
// Başqa özü kimilərə nisbətən daha çox dərinliyi olan. Dərin boşqab. Alnında dərin qırışıqlar var.
// Zərf mənasında. Dərindən. Dərin qazımaq.
// Çox dərinlikdə olan, çox dərində yerləşən, çox dərinə girən. Ağacın dərin kökləri. Dərin süxurlar.
// Çuxur, çuxurda olan.
// Dərindən gələn (çıxan, eşidilən).
// İçəriyə doğru xeyli dərinliyi olan, xeyli içəriyə girmiş. Dərin taxça. Ağacda dərin oyuq.
2. Çox uzaqlara gedən, çox uzaqlarda olan, gözlə görünə bilən, hüdudu olmayan.
// məc. İntəhasız, sonsuz, ucsuz-bucaqsız.
// Uzaq, uzaqda olan.
// is. (cəm şəklində). Uzaq yerlər, uzaqlar; əlçatmaz, görünməz, tənha yerlər.
3. məc. Çox məzmunlu, çox mənalı, əsaslı, əhəmiyyətli, ciddi; çox ağıllı, çox düşünmək tələb edən. Dərin söz. Dərin fikir. Dərin məlumat. Dərin təhlil. Dərin məna. Dərin əsər.
// Çox bilikli, çox məlumatlı, elmli, dünyagörüşü geniş olan.
4. məc. Çox güclü, yüksək dərəcəyə çatmış, çox təsirli.
5. məc. Tam, heç bir şeylə pozulmayan.
◊ Dərin(ə) getmək – ifrata varmaq.
DƏRİN nədir? – DƏRİN nedir? – DƏRİN sözünün mənası – DƏRİN sozunun menasi – DƏRİN nə deməkdir? – DƏRİN ne demekdir? – DƏRİN sözünün izahı – DƏRİN sozunun izahi – DƏRİN sözünün istifadəsi – DƏRİN sozunun istifadesi