ZÜPBÜZ

ZÜPBÜZ (Meğri) həvəngdəstə. – Xıcca qız getdi züpbüzzə duz döyməğə

Read More

ZÜLZÜLƏ

ZÜLZÜLƏ (Salyan) ağlaşma. – Yoldan keçəndə gördim ki, Hacının öyünnən bi zülzülə başdadı

Read More

ZÜLÜ

ZÜLÜ zülü getməx’: (Şahbuz) yorulmaq, əldən düşmək. – Bı gecə itdər hürməx’dən zülü gediblər

Read More

ZÜLLƏ

ZÜLLƏ (Barana, Borçalı) 1. zirvə (Borçalı) – Bizdə deyəllər kin, dağın zülləsi 2. şiş, dik (Barana). – Dağın başı çox zilləydi

Read More

ZÜGOYLU

ZÜGOYLU (Basarkeçər) üzüaşağı. – Maşın zügoylu gedir, qavağına daş qoy

Read More

ZÜBÜDƏ

ZÜBÜDƏ (Kürdəmir, Oğuz) tamamilə, büsbütün. – Hu didix’ləri söz zübüdə yalandı (Oğuz)

Read More