BOĞAZ

BOĞAZ I is. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazını cırırdı, yadlar millət adından (S.Rüstəm).

BOĞAZ II is. coğr. Dünya okeanında hər hansı iki quru sahəni birbirindən ayıran və ya iki su hövzəsini birləşdirən ensiz su zolağı. Dardanel boğazını tutub onlardan alaq! (C.Məmmədquluzadə).

BOĞAZ III is. dan. Xanəndənin şəxsi yaradıcılıq məhsulu kimi onun ifaçılıq üslubuna xas və mənsub olan ən kiçik avaz ifadələri.

BOĞAZ IV sif. Qarnında balası olan. Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar (M.İbrahimov).

 

BOĞAZ sözü nədir? – BOĞAZ sozu nedir? – BOĞAZ sözünun mənası – BOĞAZ sozunun omonimi – BOĞAZ sözünün omonimi – BOĞAZ omonimi – BOĞAZ basqa menasi var mi? – BOĞAZ sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın