BAR

BAR I is. [ fars. ] Meyvə, məhsul; səmərə. Bağçamızın ağacları dürlüdürlü bar verir (O.Sarıvəlli).

BAR II is. [ fars. ] klas. Yük, ağırlıq. Kim dözər mənim tək belə firqətə; Rəncü məşəqqətə bari-möhnətə (M.P.Vaqif).

BAR III is. [ yun. ] Meteorologiyada təzyiq vahidi olub, 1 mln. dinanın (dn.) 1 sm2 təzyiqinə bərabərdir.

BAR IV is. [ ing. ] Ayaq üstə duraraq yemək yeyilən, ya içki içilən kiçik yeməkxana, qəlyanaltı. Qarşı binanın alt tərəfindəki bardan gülüş və musiqi səsi eşidilirdi (A.Babayev).

BAR V is. [ fr. ] coğr. Suyun gətirdiyi qumlardan çay ağzında əmələ gələn dayaz yer.

BAR VI is.[ ing. ] tex. Qazma maşınlarında çapmaq üçün diş.

BAR VII is. məh. Çörəkdə və xörəkdə əmələ gələn ağ rəngli, çox xırda göbələkciklər, kif.

 

BAR sözü nədir? – BAR sozu nedir? – BAR sözünun mənası – BAR sozunun omonimi – BAR sözünün omonimi – BAR omonimi – BAR basqa menasi var mi? – BAR sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın