əd. [
fars. ]
1. Yetər, kafi, kifayət.
İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir.
□ Bəs demək – kifayətlənmək, gözü doymaq.
Bəs ki köhn. – 1) olduqca çox.
Əqlin aparıb bəs ki baxır gündə qaraya. M.Ə.Sabir;
2) o qədər ki.
Bir-birinə bəs ki sancıldı tənimdə oxların; Mürği-ruhum qeydinə oldu mürəttib bir qəfəs. Füzuli.
Bəs ki dil aşiqi-göftari-şəkərbarındır; İstəyir nitqini, düşnamı duadən seçməz. S.Ə.Şirvani.
Bəs qədər – olduqca, çoxlu, lazımınca. Bəs qədər yedi.
Bəs olmaq, bəs etmək (eləmək) – kifayət etmək, yetmək, çatmaq.
Odun ehtiyatı çatacaqmı, şəkər bəs edəcəkmi? S.Rəhimov.
Bu da deyəsən bəs eləmədi. Ə.Əbülhəsən.
[Camal:] Gözümlə gördüklərim mənə bəs oldu. S.Rəhimov.
2. Əmr şəklində: bəsdir, bəsdirin – yetər, kifayətdir, kifayət edər.
Bəsdir mənə bu saqi ilə badeyi-gülgün. S.Ə.Şirvani.
Şam ağacı bildi bu keyfiyyəti; Söylədi… Bəsdir, buraxın söhbəti! M.Ə.Sabir.
Ey qələm! Bəsdir əritdin qəlbi-riqqətpərvəri. M.Hadi.
[Çimnaz:] Bəsdirin qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.