BƏRK
1. Mayelərdən və qazaoxşar cisimlərdən fərqli olaraq, öz şəkil və ölçüsünü mühafizə edən. Bərk cisimlər.
2. Sərt, qatı (yumşaq ziddi). Bərk sümük. Bərk daş. Bərk qənd. Bərk ağac. Su donduqda maye halından bərk halına, qaynadıqda isə buxara çevrilir.
// Məc. mənada.
3. Bədəncə möhkəm, sağlam, davamlı, güclü, dözümlü. Bərk orqanizm. Canı bərk adam.
4. Sürətli, tez, iti, cəld, yeyin. Maşın çox bərk gedir.
5. Səbatlı, möhkəm, dönməz, ciddi, dayanıqlı, etibarlı, sarsılmaz. Sözündə bərk (z.) durmaq. O, bərk iradə sahibidir.
□ Bərk durmaq – səbəb göstərmək, inad göstərmək; dönməmək.
6. Çox güclü, çox böyük, çox şiddətli. Bərk şaxta. Bərk külək. Bərk zərbə. Bərk qar yağır.
// Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Bərk acmışam.
// Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Bərk tapşırmaq. Bərk ağlamaq. Bərk qışqırmaq. Bərk xəstələnmək. Bərk öskürmək. Bərk yaralanmaq. Bərk qanamaq. Bərk atmaq. Bərk yanmaq. Bərk danlamaq.
7. Tünd, qəliz. Bərk çaxır. Bərk tütün. Bərk araq.
8. dan. Xəsis, simic. Bərk adam.
9. İs. mənasında. Möhkəm yer, əlçatmaz yer.
◊ Bərk ayağa çəkmək – bax ayaq.
Bərk ayaqda – bax ayaq.
Bərkdən çıxmaq – bax bərkdən-boşdan çıxmaq (“bərk-boş”da).
Bərkə çəkmək (salmaq, qoşmaq, qısnamaq) – çətin vəziyyətə salmaq, israrla tələb etmək, sıxışdırmaq, imtahan etmək.
Ustalarım ciddi işləməyini görüb, mənə məhəbbət bəslərdilər.
Bərkə düşmək – çətin vəziyyətə düşmək, darda qalmaq.
Bərkə qalsa – bax bərk ayaqda.
BƏRK nədir? – BƏRK nedir? – BƏRK sözünün mənası – BƏRK sozunun menasi – BƏRK nə deməkdir? – BƏRK ne demekdir? – BƏRK sözünün izahı – BƏRK sozunun izahi – BƏRK sözünün istifadəsi – BƏRK sozunun istifadesi