BƏND

BƏND I is. [ fars. ] anat. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. Qazan xan başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. (M.Rzaquluzadə).

BƏND II is. [ fars. ] Şerin bir neçə misradan ibarət olan bölgüsü. Koroğlu elə sözün birinci bəndini demişdi… (Dastanlar).

BƏND III is. [ fars. ] Bir yeri seldən, daşqından qorumaq, suyun kənara axmasının qabağını almaq üçün çəkilən sədd. O çürük şalbanları taxta bəndin altına kim qoyub? (C.Cabbarlı).

BƏND IV is. [ fars. ] Bağ, ip, düyün. Sona hərdən onun bəndini açıb həyətə buraxırdı (Mir Cəlal).

BƏND V is. [ fars. ] Vurğun, aşiq. Hər bir dərdə mən doldum; Səni gördüm bənd oldum (Ü.Hacıbəyov).

BƏND VI is. [ fars. ] Maddə. Maarifyanı şurada müzakirə olunub nöqsanlara görə qərarın bir bəndində direktorun və dərs hissə müdirinin, necə deyərlər, “başları sığallanıb”.

BƏND VII is. Bağlı. Səlim ağa hirsindən yer eşirdi, bircə sözə bənd idi ki, yapışa Hürünün boğazından, ata darvazadan küçəyə… (M.İbrahimov).

 

BƏND sözü nədir? – BƏND sozu nedir? – BƏND sözünun mənası – BƏND sozunun omonimi – BƏND sözünün omonimi – BƏND omonimi – BƏND basqa menasi var mi? – BƏND sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın