DƏRD
1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. Dərdini dərd bilənə söylə.
// Haqqında düşünmək lazım gələn, qayğıya səbəb olan şey; ürəyi incidən daxili sıxıntı; qayğı, qeyd.
// Əndişə, fikir, qayğı.
2. Ağrı, bədən nasazlığı, xəstəlik, azar. Dərdi olan dərman arar. ( Ata. sözü ).
// Məc. mənada.
3. məc. Ürəkdəki sözlər, gizli arzular; sirr, fikir, düşüncə, məqsəd. Onun bircə dərdi var, o da mühəndis olmaq.
4. Qarğış mənasında (bəzən “canına” sözü ilə).
◊ Dərd almaq – bir şeyin fikri ilə, qayğısı ilə məşğul olmaq, bir şeyin iztirabını çəkmək.
Dərd çəkmək – 1) acı bir hadisəni daim xatırlayaraq çox kədərlənmək, qəm-qüssə etmək, ruhi iztirab çəkmək.
2) bax dərdini çəkmək.
Dərd eləmək (etmək) – 1) bax dərd çəkmək;
2) ürəyinə salmaq, bir şeyi özü üçün qayğı obyekti etmək.
Dərd əhli – özü dərd çəkdiyi üçün başqasının dərdini bilən, onun dərdini başa düşən adam.
Dərd gəlmək – bax dərd olmaq.
Dərd götürmək – bax dərd almaq.
Dərd olmaq – qayğı, fikir obyekti olmaq, hər zaman üzərində düşünülməsini tələb edən, həmişə narahat edən bir iş olmaq.
Dərd vermək – dərdlənməsinə, kədərlənməsinə, mənəvi əzab və iztirab çəkməsinə səbəb olmaq.
Dərd yarıdır – bir şeyin lazım olduğundan daha az, arzu edildiyindən daha pis olduğunu göstərən ifadə.
Dərdə batmaq – bir şeyin fikri, qayğısı ilə məşğul olmaq, bir şeyi özünə dərd etmək.
Dərdə düşmək – 1) (bəzən “canı” sözü ilə) xəstələnmək, bir xəstəliyə tutulmaq;
2) bir şeyi özünə dərd etmək.
Dərdə giriftar etmək, dərdə salmaq – dərdə düçar eləmək, dərdə salmaq, dərdlənməsinə səbəb olmaq.
Dərd(in)ə qalmaq – birinin dərdini, fikrini çəkmək, birinin qeydinə qalmaq, haqqında düşünmək.
Dərdindən dəli (dəli-divanə) olmaq – bax dərdindən ölmək.
Dərdindən ölmək – 1) itirmiş olduğu ən əziz bir şeyi daim düşünmək, xatırlamaq və dərin iztirab nəticəsində özünü tələf etmək;
2) məc. son dərəcə sevmək, dəlicəsinə sevmək.
// Son dərəcə qeydinə qalmaq, fikrini çəkmək, qayğısını çəkmək, maraqlanmaq.
Dərdinə dərman (çarə) eyləmək (etmək, olmaq) – birini düşmüş olduğu ağır vəziyyətdən, iztirabdan, qayğıdan, dərddən qurtarmaq üçün çarə tapmaq.
Dərdinə qalmaq – bax dərdinə yanmaq.
Dərdinə şərik olmaq – birinin dərdini yüngülləşdirmək üçün ona təsəlli vermək, hüsn-təvəccöh göstərmək, onunla bərabər kədərlənmək.
Dərdinə yanmaq – yazığı gəlmək, halına acımaq.
Dərdini açmaq (açıb tökmək) – sirrini, ürəyindəkiləri açıb söyləmək.
Dərdini çəkmək – bir şeyin, yaxud başqasının fikrini, qayğısını çəkmək.
Dərdini dağıtmaq – fikrini, zehnini məşğul edən bir qayğını, kədəri, qüssəni, qəmi özündən uzaqlaşdırmaq.
Dərdini təzələmək – yaddan çıxmış acı bir hadisəni yadına salaraq ruhi iztirab vermək, dərdləndirmək, kədərləndirmək.
DƏRD nədir? – DƏRD nedir? – DƏRD sözünün mənası – DƏRD sozunun menasi – DƏRD nə deməkdir? – DƏRD ne demekdir? – DƏRD sözünün izahı – DƏRD sozunun izahi – DƏRD sözünün istifadəsi – DƏRD sozunun istifadesi