AXIR
1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram.
// sif. Axırıncı, sonuncu. Axır sözün nədir? – Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım.
2. Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? – [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən.
3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir).
4. məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. – [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm.
5. bax axı.
◊ Axır çərşənbə – Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı.
Axır ki – bax axırı ki (“axırı”da).
Axır qoymaq – son qoymaq, nəhayət vermək.
Axır nəfəs – ölüm.
Axıra qalmaq – Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək.
Axıra yetirmək (çatdırmaq) – qurtarmaq, tamamlamaq, başa çatdırmaq.
Axıra yetmək (çatmaq) – qurtarmaq, tamamlanmaq, başa çatmaq.
Axırı bir yana çıxmaq – bir nəticə vermək, bir şeylə nəticələnmək.
Axırı xeyir olmaq – nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq.
Axırı xeyir olsun! – birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir.
Axırı olmaq – 1) bitmək, qurtarmaq;
2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq;
3) əldən düşmək, üzülmək, yorulmaq.
Axırına daş atmaq, axırına çıxmaq – 1) məhv etmək, yox etmək, puç etmək.
2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz).
Axırını eləmək – öldürmək, işini bitirmək.
Dünyanın axırı – qiyamət.
AXIR nədir? – AXIR nedir? – AXIR sözünün mənası – AXIR sozunun menasi – AXIR nə deməkdir? – AXIR ne demekdir? – AXIR sözünün izahı – AXIR sozunun izahi – AXIR sözünün istifadəsi – AXIR sozunun istifadesi