ÇƏNƏ
1. Üzün ağzı əmələ gətirən iki yarımdairə sümüyü; üst çənə burundan aşağıda, ağızdan yuxarıda, alt çənə ağızdan aşağıda yerləşir, alt çənə mütəhərrikdir, qalxıbenir.
2. xüs. Məngənə və s. sıxıcı alətlərin şeyi sıxan tərəflərindən hər biri. Məngənənin çənələrini yeyilməkdən qorumaq üçün onların işlək üzlərinə vintlər vasitəsilə poladdan hazırlanmış və su verilmiş dodaqlar bağlanır. “Neft maşınqayırma texnologiyası”.
◊ Çənə atmaq – can vermək.
Çənə vurmaq (döymək) – l) çox danışmaq.
2) mübahisə etmək.
Çənəsi qızışmaq – həddən çox danışmaq, danışığına ara verməmək.
Çənəsini boş qoymaq – danışığına fikir verməmək, ağzıboşluq göstərmək.
ÇƏNƏ nədir? – ÇƏNƏ nedir? – ÇƏNƏ sözünün mənası – ÇƏNƏ sozunun menasi – ÇƏNƏ nə deməkdir? – ÇƏNƏ ne demekdir? – ÇƏNƏ sözünün izahı – ÇƏNƏ sozunun izahi – ÇƏNƏ sözünün istifadəsi – ÇƏNƏ sozunun istifadesi