1. nida. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir. Ah, başım ağrıyır.
– Ah, zalım! Ah, kim, oldum yolunda can fəda. M.Ə.Sabir.
Bir zaman, ah ki, bir tair idim azadə; Əcəba, kim məni saldı bu xərababadə? M.Hadi.
[Səfər bəy:] Ah! Yaman yorulmuşam, səhər sübhdən gəzirəm, heç bir zad tapa bilmədim. B.Talıblı.
// İs. mənasında. Fəryad, fəğan.
Rəsulam, ahıma dağlar dayanmaz; Dərdim çoxdur mənim kimsələr bilməz. “Aşıq Qərib”.
Bu ahdan sonra deyəsən onun [Məsum kişinin] sinəsi şumlanmış zəmi kimi boşaldı. Mir Cəlal.
// Təəssüf, kədər, peşmanlıq, ümidsizlik, məyusluq ifadə edir. Ah, bilsəydim, heç gəlməzdim! Ah, onu bir daha görməyəcəyəm! – [Bahadır:] Ah, insanı bir-birindən ayıran “Uçurum dərələr!”.
Mən sizi məhv etmək istərkən, siz məni məhv etdiniz. N.Nərimanov.
[Sədəf:] Ah, bu beş il, indi o günlər mənə bir yuxu kimi gəlir. İ.Əfəndiyev.
// Təəccüb, heyrət, sevinc, həmçinin gözlənilməz bir şey qarşısında doğan hissləri ifadə edir.
Ah, nə gözəl mənzərədir! Ah, nə yaxşı gəldin! □ Ah çəkmək – kədər, qüssə, təəssüf, həsrət, heyrət, həyəcan ifadəsi olaraq “ah” demək.
Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər.
Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb, küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev.
Sona xala … dərdini mənə söylədi.
Axırda bir ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov.
Ah etmək (eləmək) – həsrət çəkmək, təəssüflənmək, qəmlənmək, ah çəkmək.
Əğyar əlindən ah edərəm hər nəfəs, vəli; Cövri həmişə aşiqi-miskinə yar edər. Nəsimi.
Ah eylədigim sərvi xuramanın üçündür. Füzuli.
Ah eylədigim nəşəyiqəlyanın üçündür. M.Ə.Sabir.
2. is. Fəryad, fəğan.
Çərxə çıxardı ahımı, canımı yandırdı qəmin. Nəsimi.
Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli. Füzuli.
Əflakə kəmənd atdım sənsiz; Hər ah ki, çəkdim aşiqanə. Heyran xanım.
Yandırır atəşi-ahilə gülü gülzarı; Çəkməyin Seyyidi, yar olmasa, gülzarə tərəf. S.Ə.Şirvani.
□ Ahı göyə (göylərə) çıxmaq (ucalmaq) – fəryad etmək, son dərəcə kədərlənmək, qüssələnmək, qəmlənmək, inləmək.
Gah göstərdi qədin, göylərə çıxdı ahım; Gah göstərdi gözün, eylədi bimar məni. S.Ə.Şirvani.
Möhnət çəmənindən gül dərə-dərə; Ucalır şairin ahı göylərə. S.Vurğun.
3. is. köhn. Bəddua, qarğış. Atanın duası əsər eylər, ananın ahı. ( Ata. sözü ).