CİDDİ
1. Öz hərəkətlərində, fikirlərində, həyata münasibətində müsbətliyi, möhkəmliyi, sabitliyi ilə fərqlənən, dərin düşünən; ağırbaşlı, təmkinli. Ciddi adam. Ciddi oğlan.
// Öz işinə dərin və tələbkar yanaşan, öz işini, məsuliyyətini yaxşı bilən. Ciddi alim. Ciddi yazıçı.
// Mənaca, məzmunca əhəmiyyətli, məzmunlu. Ciddi danışıq. Ciddi əsər. Ciddi ədəbiyyat.
// Zarafatsız, zarafat olmayan. Ciddi deyirəm. Sözüm ciddidir.
// Həqiqi, əsil, gerçək. Ciddi hiss. Ciddi inam. Ciddi sevgi. Ciddi vədə.
// Əsaslı, əməlli-başlı.
2. Əhəmiyyətinə və ya aqibətinə görə xüsusi diqqət tələb edən. Ciddi xəstəlik. Ciddi vəziyyət qarşısında qalmaq.
// Böyük, əsaslı. Ciddi çətinliklər qarşısında qalmaq.
3. Fikirli, fikrə dalmış, dalğın, əndişəli, iztirablı.
// Ciddiyyət, qayğı, təlaş, iztirab, əndişə ifadə edən. Ciddi görkəm. Ciddi tonla danışmaq.
CİDDİ nədir? – CİDDİ nedir? – CİDDİ sözünün mənası – CİDDİ sozunun menasi – CİDDİ nə deməkdir? – CİDDİ ne demekdir? – CİDDİ sözünün izahı – CİDDİ sozunun izahi – CİDDİ sözünün istifadəsi – CİDDİ sozunun istifadesi