AĞRI
1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. Diş ağrısı. Baş ağrısı.
2. məc. Kədər, qəm, qüssə, dərd, ələm, iztirab hissi.
3. məc. İnciklik, narazılıq.
◊ Ağrı çəkmək – hamilə qadınlarda: doğmağa yaxın bərk sancı və əziyyət çəkmək.
// Məc. mənada.
Ağrı tutmaq – 1) ağrı başlamaq;
2) hamilə qadınlarda və ya heyvanlarda: doğmağa yaxın bərk ağrı və sancı başlamaq.
Ağrım ürəyinə – qarğış və nifrin bildirən ifadə.
Ağrın mənə gəlsin – bax ağrın(ı) alım (ağrın ürəyimə).
Ağrın(ı) alım (ağrın ürəyimə) – birinə mehribançılıqla xitab, müraciət və ya oxşayıb əzizləmə zamanı işlənən ifadədir.
AĞRI nədir? – AĞRI nedir? – AĞRI sözünün mənası – AĞRI sozunun menasi – AĞRI nə deməkdir? – AĞRI ne demekdir? – AĞRI sözünün izahı – AĞRI sozunun izahi – AĞRI sözünün istifadəsi – AĞRI sozunun istifadesi