AĞIRLIQ
1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.
2. Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı.
3. “Ağır”dan mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı.
4. məc. Dərd, qəm, ələm, iztirab.
5. Vüqar, təmkin, ciddilik.
6. Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm.
7. məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü.
◊ Ağırlıq mərkəzi – bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti.
Ağırlıq satmaq – naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq.
AĞIRLIQ nədir? – AĞIRLIQ nedir? – AĞIRLIQ sözünün mənası – AĞIRLIQ sozunun menasi – AĞIRLIQ nə deməkdir? – AĞIRLIQ ne demekdir? – AĞIRLIQ sözünün izahı – AĞIRLIQ sozunun izahi – AĞIRLIQ sözünün istifadəsi – AĞIRLIQ sozunun istifadesi