BÖYÜK
1. Kəmiyyətcə, ölçücə yekə, iri (kiçik ziddi). Böyük daş. Böyük şəhər. Böyük ev.
// Geniş, vüsətli. Böyük meydan. Böyük sahə.
2. Bəzi isimlərin qabağında gücləndirici məna daşıyır. Böyük fayda. Böyük sürət. Böyük məmnuniyyətlə. Böyük maraq. Böyük dərd. Böyük arzu. Böyük sevinc. Böyük ləzzət. Böyük həvəslə. Böyük minnətdarlıq hissi ilə.
3. Çox güclü, çox şiddətli. Böyük tufan. Böyük daşqın. Böyük yanğın.
4. Yaşca o birindən artıq olan. Böyük qardaş. Böyük oğul. Böyük bacı.
// İs. mənasında. Yaşlı, qoca (çox vaxt cəm şəklində işlənir). Böyüklərə hörmət lazımdır.
□ Böyüklə böyük, kiçiklə kiçik – hər kəslə yola gedən, hər şeyin məqamını bilən, hörmətcil adam haqqında.
5. Sayca çox, külli miqdarda olan. Böyük dəstə. Böyük kapital. Böyük məbləğ. Böyük ailə.
// İzdihamlı, qələbəlik, təntənəli, dəbdəbəli, əzəmətli. Böyük ziyafət. Böyük qonaqlıq. Böyük nümayiş.
6. Fövqəladə tarixi və siyasi əhəmiyyəti olan.
// Elm, ədəbiyyat və incəsənət əsərləri haqqında. Azərbaycan klassik ədəbiyyatının böyük əsərləri. Yazıçılarımız, bəstəkarlarımız əsrimizə layiq böyük əsərlər yaratmışlar.
7. Dahi, ulu, xariqüladə zəka sahibi olan. Böyük Nizami. Böyük rəhbər. Böyük sərkərdə. Böyük insan.
// Tarixdə çox görkəmli rol oynamış şəxsiyyətlərin adlarına əlavə edilən epitet. Böyük Pyotr. Böyük İsgəndər.
// Görkəmli, məşhur ad və hörmət qazanmış.
// Mahir. Öz işində böyük ustadır.
8. Çox mühüm, əhəmiyyətli, vacib. Böyük iş. Böyük məsələ.
9. is. dan. Başçı, rəis, rəhbər; başda duran, idarə edən adam, yüksək vəzifə sahibi. Ailənin böyüyü kimdir? Qoşun böyüyü. – Böyüklərdə güc olar, yalan olmaz. ( Ata. sözü ). Kənddə qiyamətdi… Naçalnik gəlib kəndə.
BÖYÜK nədir? – BÖYÜK nedir? – BÖYÜK sözünün mənası – BÖYÜK sozunun menasi – BÖYÜK nə deməkdir? – BÖYÜK ne demekdir? – BÖYÜK sözünün izahı – BÖYÜK sozunun izahi – BÖYÜK sözünün istifadəsi – BÖYÜK sozunun istifadesi