BOZARMAQ
1. Boz rəng almaq, bozlaşmaq.
// Solmaq, rəngi qaçmaq, rəngi getmək.
2. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.
3. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq.
// Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq.
4. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.
5. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq.
◊ Qızarıb-bozarmaq – bax qızarmaq.
BOZARMAQ nədir? – BOZARMAQ nedir? – BOZARMAQ sözünün mənası – BOZARMAQ sozunun menasi – BOZARMAQ nə deməkdir? – BOZARMAQ ne demekdir? – BOZARMAQ sözünün izahı – BOZARMAQ sozunun izahi – BOZARMAQ sözünün istifadəsi – BOZARMAQ sozunun istifadesi