[
ər. “
zaye”dən] Heç, puç; tələf olmuş, korlanmış, puç olmuş, hədər olmuş. Öküzün taydı, işin zaydı. (
Ata. sözü ).
□ Zay eləmək (etmək) – puç etmək, korlayıb heç eləmək.
Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyini zay, sarıköynək. Aşıq Ələsgər.
Nə üçün daşı zay eyləyirsiniz, heyif deyilmi? Mir Cəlal.
Zay məhsul – keyfiyyəti pis olan məhsul; brak, çıxdaş.
Zay olmaq – tələf olmaq, puç olmaq, korlanmaq, heç olmaq, hədər olmaq.
Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismim düşüb yandı axır oda, hey! Aşıq Kərəm.
Dost elədin hər nadanı, hər yadı; Çəkdiyim əməklər oldu zay, pəri. R.Rza.
Zaya getmək (çıxmaq, dönmək) – hədər yerə məhv olmaq, puç olmaq, hədər getmək.
Buradan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı).
Yar salmır üstümə saya; Cavan ömrüm gedir zaya. Aşıq Ələsgər.
Tökdüyünüz qanlar getməsin zaya; Çıxın bu qarışıq imtahanlardan. S.Vurğun.
Zaya vermək – bax zay eləmək (etmək).
Yandırdı qəlbimi camalın şövqü; Ağlımı veribdir zaya qaşların. “Aşıq Qərib”.
Əsmər burdan getsə boş qalar bağlar; Sən vermə ömrümü zaya, xoş gəldin. “Abbas və Gülgəz”.
Yazıq aşıq vermə ömrünü zaya; Dərd bilən can bu yerlərdə tapılmaz. Aşıq Ələsgər.