YEL₁
1. Külək. Yaman yel əsir. İsti yel. Bu gün bərk yel var.
□ Yel vurmaq – küləkdən xarab olmaq, azar döymək, zaval vurmaq. Bu il bitkiləri yel vurmuşdur.
Yelə vermək – 1) qurumaq, yaxud iyi, tozu getmək üçün havaya vermək. Paltarları yelə vermək. Yorğan-döşəyi yelə vermək;
2) sovurmaq. Sünbülü yelə verib dənini samandan ayırmaq;
3) məc. israf etmə, dağıtmaq, puça çıxarmaq; bada vermək. Bütün varını yelə vermək.
2. Mədə və bağırsaqlarda əmələ gələn qaz.
3. məc. İtilik, sürət mənasında (adətən tərkiblərdə).
□ Yel atına minmək – iti yerimək, yeyin yerimək.
Yel kimi, yeltək – çox sürətlə, çox iti. Yel kimi qaçmaq. – Oğlan atın üstünə minib, onu məhmizlədi.
Yel kimi gəzmək – veyillənmək, boş-boş gəzmək, avaralanmaq.
◊ İçində yel gəzib, yengələr oynamaq – bax yerində yellər əsmək.
Yel olub yanından (yanımdan) ötə də bilməz – hədəyə qarşı cavab ifadəsi.
Yerində yellər əsmək – nam və nişanı qalmamaq, məhv olmaq.
YEL₁ nədir? – YEL₁ nedir? – YEL₁ sözünün mənası – YEL₁ sozunun menasi – YEL₁ nə deməkdir? – YEL₁ ne demekdir? – YEL₁ sözünün izahı – YEL₁ sozunun izahi – YEL₁ sözünün istifadəsi – YEL₁ sozunun istifadesi