YEDDİ
1. say. Altıdan sonra gələn ədədin adı –
7. Yeddidən üç çıxmaq.
// Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün.
2. is. Yeddisi şəklində – ölən şəxsin ölümünün yeddinci günü və həmin gün verilən ehsan. Bu gün mərhumun yeddisidir. Ölünün yeddisini vermək.
◊ Yeddi arxa – əcdad, əsil-nəsəb.
Yeddi qapı qonşu – uzaq qonşu. Hələ olur ki, qızlar da gətirir.
Yeddi qıfıl (möhür) altında olmaq (saxlanmaq) – bərk-bərk gizlədilmək, bərk yerdə saxlanılmaq, tamamilə naməlum olmaq, heç kəsə məlum və bəlli olmamaq.
Yeddi dərədən su gətirmək – çaşdırmaq, bir işi və ya məsələni daha da qaranlıqlaşdırmaq.
Yeddi iqlim – dünya, aləm.
Yeddi göydə bir ulduzu olmamaq – heç bir arxası, güvənəcəyi, adamı olmamaq.
Azərbaycanda yeddisindən yetmişinə qədər hamı tanıyır.
Bir dərədə yeddi yetim ilə qalmaq – köməksiz, kimsəsiz olmaq.
YEDDİ nədir? – YEDDİ nedir? – YEDDİ sözünün mənası – YEDDİ sozunun menasi – YEDDİ nə deməkdir? – YEDDİ ne demekdir? – YEDDİ sözünün izahı – YEDDİ sozunun izahi – YEDDİ sözünün istifadəsi – YEDDİ sozunun istifadesi