AĞARTMAQ
1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. Divarları ağartmaq. Tavanı ağartmaq. Kətan tufliləri ağartmaq.
// Ağ şeyə sürtüb batırmaq. Üst-başını divara sürtüb ağartmaq.
2. Soldurmaq, rəngini qaçırtmaq. Günün altında çox gəzib paltarını ağartmaq.
3. Sürtüb təmizləmək, silib təmizləmək, pasını açmaq, sürtüb parıldatmaq.
// Qalaylamaq. Qazanı ağartmaq.
// Təmizləyib düzəltmək, qaydaya salmaq.
4. Üzünü köçürmək, təmiz yazmaq.
5. məc. Aşkar etmək, açıb demək, üstünü açmaq, ifşa etmək, üzə vurmaq (bəzən “açıbağartmaq” şəklində işlənir).
[Tapdıq] qaşlarını çatıb fikirləşdi: “Yaxşı, vursam, deyəcəklər “Aha, oğru sənsən ki?” Yox, açıb-ağartmaq lazım deyil…” Mir Cəlal.
6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və ifadələr düzəldilir; məs.: baş ağartmaq, dişlərini ağartmaq, göz(ünü) ağartmaq, üzünü ağartmaq.
AĞARTMAQ nədir? – AĞARTMAQ nedir? – AĞARTMAQ sözünün mənası – AĞARTMAQ sozunun menasi – AĞARTMAQ nə deməkdir? – AĞARTMAQ ne demekdir? – AĞARTMAQ sözünün izahı – AĞARTMAQ sozunun izahi – AĞARTMAQ sözünün istifadəsi – AĞARTMAQ sozunun istifadesi