SURƏT
1. Zahiri görünüş, şəkil. Surəti dəyişmək. – [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm.
// Üz, sifət, çöhrə, sima.
2. Şəkil, üsul, qayda, tərz.
3. Bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz. Protokolun surəti. Şəhadətnamənin surəti.
4. Yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, xarakter. Yeni insan surəti. Səhnə surətləri.
5. Şəkil, portret, təsvir.
6. riyaz. Kəsirdə: bölünən ədəd. Kəsrin surəti.
7. “Surətdə” – şəklində bir sıra sözlərlə işlənərək zərf birləşmələri düzəldilir; məs.: süni surətdə, narazı surətdə, belə olan surətdə, təcili surətdə, rəsmi surətdə və s.
◊ Bu surətdə – belə olduqda, bu halda.
Bu surətlə – bu qayda ilə, beləliklə.
O surətdə – onda, o zaman, o halda.
SURƏT nədir? – SURƏT nedir? – SURƏT sözünün mənası – SURƏT sozunun menasi – SURƏT nə deməkdir? – SURƏT ne demekdir? – SURƏT sözünün izahı – SURƏT sozunun izahi – SURƏT sözünün istifadəsi – SURƏT sozunun istifadesi