is. 1. Ədəd, rəqəm. Sayı yadda saxlamaq. Sayı öyrənmək.
2. Miqdar, kəmiyyət.
[Həsən ağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər, yanıma gəlsinlər, bir söhbət edək. Ə.Haqverdiyev.
□ Saya gəlməmək – sayı çox olmaq, miqdarı, kəmiyyəti bilinməmək.
Dənizə bax, dənizə, saya gəlməz buruqlar; Suların altında da neft var, qara qızıl var. S.Rüstəm.
Dedi: – Bahar əyyamıdır; Sevinclərim gəlməz saya. N.Rəfibəyli.
…sayı yoxdur, …sayı-hesabı yoxdur – saysızdır, çoxdur.
Qarışqanın sayı var idi, qoşunun sayı yoxdur. “Koroğlu”.
[Hacı Murad:] Qapısında nökər-qulluqçunun sayı-hesabı yoxdur. S.S.Axundov.
3. məc. Sayılan, seçilən, hörmətli.
Sən ulduzsan, mən ayam; Say quşlardan mən sayam; Məcnun kimi gəzərəm; Leyli müştağındayam. (Bayatı).
◊ Saya almamaq – bax saymaq 4-cü mənada.
Amansız ölümü almayıb saya; Çıxdım qarşısına qara yellərin. S.Rüstəm.
Yenidən girməkçin qızğın davaya; Onlar çətinliyi almayır saya. M.Rahim.
Saya salmamaq – bax saya almamaq.
Dünyanı saya salmayırdı dəli şair; Dərin-dərin düşünərkən həyata dair. S.Vurğun.
[Xuduş:] Bu boyda adamları da saya salmırlar. İ.Əfəndiyev.
Saya-sana salmaq – bax saymaq 3-cü mənada.
Heyf ki, Musa dayının Təzə şəhər uşaqlarını saya-sana salmağı uzun çəkmədi. Mir Cəlal.