RƏNG
1. Bir şeyin işıq tonu. Tünd rəng. Qırmızı rəng.
□ Rəngi qaçmaq (getmək) – öz təbii rəngini itirib bozarmaq, ağarmaq, solmaq.
…rəngə çalmaq – bir rəng vermək, bu və ya digər rəngə oxşamaq.
Rəngi qaçmış – öz rəngini itirmiş; ağarmış, bozarmış. Rəngi qaçmış çit. Rəngi qaçmış paltar.
2. bax boya 1-ci mənada. Yağlı rəng. Sulu rəng.
3. Qadınların dodaqlarına, üzlərinə çəkdikləri, əsasən, qırmızı boya. Dodağına rəng çəkmək.
4. məc. Xüsusiyyət, zahiri görünüş, təzahür forması.
5. mus. Muğamatda təsnifdən sonra, bəzən və müstəqil olaraq çalınan musiqi parçası. Rəng çalmaq.
◊ Rəng korluğu tib. – bax daltonizm.
Rəng verib rəng almaq – 1) bax rəngdən-rəngə girmək (düşmək).
2) məc. pərtlikdən, hirsdən və s. qızarmaq, bozarmaq, pörtmək.
Rəng vermək – başqa cür yozmaq, başqa məna vermək, deyildiyi kimi deyil, özü istədiyi kimi mənalandırmaq, rəng yaxmaq.
Rəng yaxmaq – böhtan atmaq, ləkələmək.
Rəngdən-rəngə girmək (düşmək) – 1) müxtəlif rənglər vermək, müxtəlif rənglərə çalmaq, tez-tez rəngi dəyişmək.
2) məc. öz cildini dəyişmək, mühitə uymaq, dondan-dona girmək.
…rəngə girmək (düşmək) – bax rəngdən-rəngə girmək (düşmək) 2-ci mənada.
Rəngi üzündən götürülmək – bax rəngi qaçmaq.
RƏNG nədir? – RƏNG nedir? – RƏNG sözünün mənası – RƏNG sozunun menasi – RƏNG nə deməkdir? – RƏNG ne demekdir? – RƏNG sözünün izahı – RƏNG sozunun izahi – RƏNG sözünün istifadəsi – RƏNG sozunun istifadesi